Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Sabah bu küçələr bağlı olacaq

Sabah bu küçələr bağlı olacaq
25-02-2021, 17:00 62 dəfə baxılıb

Sabah bu küçələr bağlı olacaq






Sabah Xocalı soyqırımının anım mərasimi ilə bağlı “Ana fəryadı” abidəsi ətrafında bir neçə küçə və prospektdə hərəkət dayandırılacaq.

Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin sözçüsü, polis polkovniki Vaqif Əsədov bildirib.

Onun sözlərinə görə, vətəndaşların ziyarətinin fasizəsiz və rahat təşkil edilməsi üçün Xocalı prospektinə paralel və kəsişən bütün küçə və prospektlər bağlanacaq:

“Yusif Səfərov küçəsi ilə kəsişmədən Nəcəfqulu Rəfiyev küçəsinədək, Nobel prospekti və 10-cu Zavod dairəsindən avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək.

Ziyarətçilər Nəcəfqulu Rəfiyev küçəsindən başlayaraq Xocalı prospekti ilə abidənin önü istiqamətində hərəkət edəcəklər. Abidənin yanından keçərək Natiq Əliyev küçəsindən çıxış nəzərdə tutulub.

Ziyarətə qatılmaq istəyən vətəndaşlara həmin istiqamətdə avtomobillərin hərəkətinin və bu əraziyə yaxın məsafələrdə avtomobillərin park edilməsinin mümkünsüzlüyünü nəzərə alaraq bu istiqamətdə şəxsi avtomobillərindən istifadə etməməyi tövsiyə edirik.

Vətəndaşlar 5 nəfərlik qruplarla sosial məsafə saxlamaqla hərəkət edəcəklər”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Telegram Facebook Twitter Youtube Instagram