Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Ali Məhkəmənin Mülki Kollegiyasında ləğv edilən mülki işlərin statistikası açıqlanıb

Ali Məhkəmənin Mülki Kollegiyasında ləğv edilən mülki işlərin statistikası açıqlanıb
26-02-2021, 16:00 58 dəfə baxılıb

Ali Məhkəmənin Mülki Kollegiyasında ləğv edilən mülki işlərin statistikası açıqlanıb











2020-ci ildə Ali Məhkəmənin Mülki Kollegiyasında ləğv edilən məhkəmə aktlarının kateqoriyalar üzrə statistikası açıqlanıb.

“Report” xəbər verir ki, bu barədə Ali Məhkəmənin Mülki Kollegiyasının 2020-ci il üzrə fəaliyyətinə dair hesabatda məlumat verilib.

Hesabata görə, ümumilikdə 5219 işə baxılıb və 1122 iş üzrə məhkəmə aktının ləğv edilməsi barədə qərar çıxarılıb.

Ailə mübahisələri üzrə 660 işdən 94-ü, mənzil mübahisələri üzrə 575 işdən 130-u, mülkiyyət hüququ ilə əlaqədar mübahisələr üzrə 220 işdən 48-i, torpaq mübahisələri 180 işdən 47-si, müqavilənin bağlanması, dəyişdirilməsi, ləğv edilməsi, etibarsız hesab edilməsi və məcburi bağlanması üzrə 288 işdən 67-si, borc müqaviləsi üzrə mübahisələr üzrə 347 işdən 59-u, kredit müqaviləsi üzrə mübahisələr üzrə 1061 işdən 204-ü, digər müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr üzrə 596 işdən 124-ü, mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr üzrə 343 işdən 84-ü, vərəsəlik hüququ üzrə mübahisələr üzrə 141 iş üzrə 46-sı, xüsusi icraat işləri üzrə 125 işdən 33-ü, şərəf və ləyaqətin müdafiəsi üzrə 50 işdən 10-u, sair mülki işlər 449 işdən 130-u məhkəmə aktı ləğv edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Telegram Facebook Twitter Youtube Instagram