Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Gürcüstanda həbsdə saxlanılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Gürcüstanda həbsdə saxlanılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
26-02-2021, 17:30 60 dəfə baxılıb

Gürcüstanda həbsdə saxlanılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

















Gürcüstanda müxtəlif cinayət əməllərinə görə həbs cəzası çəkən əcnəbilər arasında 108 Azərbaycan vətəndaşı var.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin yanvar ayı üzrə hesabatında bildirilib.

Sənədə əsasən, Azərbaycan vətəndaşlarının sayı aylıq müqayisədə 2 nəfər artıb. Onların 9-u ittiham olunan, 99-u isə məhkumdur. Məhkumların 4-ü yeniyetmədir.

Gürcüstanda probasiya nəzarətində olan Azərbaycan vətəndaşlarının sayı aylıq müqayisədə 1 nəfər azalaraq 30 nəfər olub. Onların 27-si kişi, 3-ü qadındır.

Qonşu ölkənin həbsxanalarında saxlanılan xarici ölkə vətəndaşı və vətəndaşlığı olmayan şəxslərin ümumi sayı 567 nəfər təşkil edir. Probasiya nəzarətində saxlanılan əcnəbilərin sayı isə 237-dir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Telegram Facebook Twitter Youtube Instagram