Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Müdafiə Nazirliyi daha bir polkovniki işindən azad etdi - Belə deyirlər...

Müdafiə Nazirliyi daha bir polkovniki işindən azad etdi - Belə deyirlər...
26-02-2021, 18:15 64 dəfə baxılıb

 Müdafiə Nazirliyi daha bir polkovniki işindən azad etdi - Belə deyirlər...







Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəis əvəzi, polkovnik Elxan İbrahimov tutduğu vəzifədən azad edilib.

Hit.az-a daxil olan məlumatda Elxan İbrahimovun işdən çıxarılmasının səbəbləri açıqlanmır. Amma bəzi ehtimallara görə, bu, onun qeyri-qənaətbəxş fəaliyyətilə əlaqəlidir.

Qeyd edək ki, Elxan İbrahimov general-mayor Natiq Əliyevi əvəz edirdi. Natiq Əliyev ötən ilin iyununda ehtiyata buraxılıb.

İnternet resursları Elxan İbrahimov barədə neqativ məlumatlarla zəngindir. Onun müdafiə naziri Zakir Həsənovun qohumu olması da həmin məlumatlar sırasındadır.

HİT.Az Elxan İbrahimovun işdən çıxarılması barədə xəbəri Müdafiə Nazirliyi ilə dəqiqləşdirmək istəsə də, mümkün olmayıb.// Dia.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Telegram Facebook Twitter Youtube Instagram