Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Nərimanov rayonunda videokonfrans formatında anım tədbiri keçirildi.

Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Nərimanov rayonunda videokonfrans formatında anım tədbiri keçirildi.
27-02-2021, 12:00 54 dəfə baxılıb

Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Nərimanov rayonunda videokonfrans formatında anım tədbiri keçirildi.

















25 fevral 2021-ci il tarixdə Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudovanın, RİH başçısı Aparatının məsul işçilərinin, rayon ərazisində məskunlaşmış Xocalıdan olan şəhid ailələrinin və soyqırım şahidlərinin, könüllülərin iştirakı ilə videokonfrans formatında anım tədbiri keçirilmişdir.

Videokonfrans formatında keçirilən anım tədbirini giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova xocalı faciəsi barədə ətraflı məlumat verərək Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olan, erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayət hadisəsi zamanı dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirildiyini, əsir götürülən insanların isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını bildirdi.

O, çıxışında qeyd etdi ki, ermənilərin dinc əhaliyə qarşı törətdikləri soyqırım zamanı xocalılar əsl qəhrəmanlıq nümunəsi göstərdilər. Bu şəhərin ölməzlik tarixini yazdılar. Xocalı soyqırımına əsl siyasi-hüquqi qiyməti isə 1994-cü ilin fevralında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev verdi. Həmin ildən başlayaraq ölkəmizdə hər il 26 fevral-Xocalı soyqırımı günü kimi qeyd edilir. Çıxışda bildirildi ki, Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyətinin əsas istiqamətləri Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayətin beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almasına xidmət edir. Ümummilli məsələrlə bağlı Türkiyə və Azərbaycan parlament nümayəndə heyəti bir sıra beynəlxalq qurumlarda, o cümlədən Avropa Şurasında birgə fəaliyyət göstərirlər. Azərbaycan Respublikasının Birinci vitse-Prezidenti Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi ilə “Xocalıya ədalət” layihəsi çərçivəsində Xocalı soyqırımının, ermənilərin törətdikləri digər vəhşiliklərin dünya ictimaiyyəti tərəfindən tanınması, hüquqi-siyasi qiymətini alması üçün kompleks tədbirlər həyata keçirilir.

Anım tədbirində Xocalı şəhəri İcra hakimiyyəti başçısının Nərimanov rayonu üzrə nümayəndəsi, şəhid ailəsi Mehriban Əliyeva, Xocalı hadisələrinin canlı şahidləri, Xocalı rayon sakinləri Aygül Həsənova, Cəmilə Aslanova və digər çıxış edən könüllülər çıxışlarında insanlıq sifətini itirmiş ermənilər tərəfindən törədilmiş bu faciənin təkcə azərbaycanlılara qarşı deyil, həm də bütün bəşəriyyətə qarşı yönəlmiş qanlı cinayət olduğunu, törədilmiş bu son dərəcə ağır hərbi cinayətin xalqımız tərəfindən heç vaxt unudulmayacağını qeyd etdilər. Çıxışlarda həmçinin Ali Baş Komandanın qətiyyətli rəhbərliyi ilə Şanlı Ordumuz tərəfindən torpaqlarımızın düşmən tapdağından azad olunmasından və əsgərlərimizin qəhrəmanlıqlarından fəxrlə danışılaraq, 30 illik işğala və həsrətə son qoyulduğu bildirilmişdir. Eyni zamanda, xocalı sakinlərinin çıxışlarında dövlətin hər zaman onların yanında olduğu, daima diqqət və qayğı ilə əhatə olunduqları vurğulanaraq, buna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq ifadə olunmuşdur.

Allah Xocalı faciəsinin qurbanlarına rəhmət eləsin!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Telegram Facebook Twitter Youtube Instagram