Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Həlak olan hərbi qulluqçu ilə bağlı MN-dən AÇIQLAMA - FOTO

Həlak olan hərbi qulluqçu ilə bağlı MN-dən AÇIQLAMA - FOTO
28-02-2021, 15:15 54 dəfə baxılıb

Həlak olan hərbi qulluqçu ilə bağlı MN-dən AÇIQLAMA - FOTO












Müdafiə Nazirliyi hərbi qulluqçumuzun həlak olması barədə məlumata aydınlıq gətirib.

Nazirlikdən Yenicag.az-a bildiriblər ki, bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Ordusu hərbi qulluqçusunun Füzuli rayonu istiqamətində guya mina partlaması nəticəsində həlak olması barədə məlumat yayılıb: “Hadisə ilə bağlı Müdafiə Nazirliyindən bildiriblər ki, Ağdam rayonu ərazisində yerləşən hərbi hissələrdən birində xidmət keçən hərbi qulluqçumuz Musayev Səhman Qəşəm oğlu fevralın 27-də səhər saatlarında mina partlaması nəticəsində deyil, ilkin məlumata əsasən təhlükəsizlik qaydalarının pozulması nəticəsində həlak olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir!

Bir daha KİV nümayəndələrinə müraciət edərək bildiririk ki, Müdafiə Nazirliyi tərəfindən rəsmi təsdiq olunmayan məlumatları ictimailəşdirməsinlər!”

Həlak olan hərbi qulluqçu ilə bağlı MN-dən AÇIQLAMA - FOTO






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Telegram Facebook Twitter Youtube Instagram