Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

"Ermənistan vətəndaş müharibəsinə sürüklənir" - Zatulin

3-03-2021, 11:51 52 dəfə baxılıb

 "Ermənistan vətəndaş müharibəsinə sürüklənir" - Zatulin








Rusiya Fedrasiyası Dövlət Dumasının MDB məsələsləri üzrə komissiyası sədrinin birinci müavini Konstantin Zatulin Ermənistanda cərəyan edən siyasi proseslərə münasibət bildirib.

Azvision.az xəbər verir ki, o, baş nazir Nikol Paşinyanı kürsünü təhvil verməyə çağırıb:
"Paşinyan hər kəsi ittiham etməyi bacardı. Rusiya raketlərindən tutmuş, ölkədə qalan erməni hərbçilərinə qədər. Özünün isə Ermənistanın və erməni xalqının ən böyük, ən ağır məğlubiyyətində məsuliyyət daşıdığını düşünmədi. Əgər Paşinyanda üç il əvvəl sədaqət andı içdiyi Ermənistanın taleyinə görə bir damla məsuliyyət hissi varsa, o, hələ də cəmiyyətin etimad bəslədiyi insanlara özünün yaratdığı xaosun öhdəsindən gəlməsi üçün imkan yaratmalıdır, getməlidir..."

Zatulinin sözlərinə görə, bu gün Ermənistan yenidən ciddi bir təhlükə ilə üzləşib. Ölkə vətəndaş müharibəsinə daşınır.

"Bunu kimsə, başqa biri etmir. Heç bir şeyin öhdəsindən gəlmədiyi halda mitinqlər çağıran şəxs edir. Başqa nələr baş verməlidir ki, Ermənistanda insanlar bu hökumətin yararsızlığı barədə nəticə çıxarsın?", - deyə Zatulin bildirib.// Dia.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Telegram Facebook Twitter Youtube Instagram