Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

“Müəllimin şagirdə mütləq “çıtma”sı dəyməlidir”

“Müəllimin şagirdə mütləq “çıtma”sı dəyməlidir”
3-03-2021, 12:01 59 dəfə baxılıb

 “Müəllimin şagirdə mütləq “çıtma”sı dəyməlidir”







Əməkdar artist Cavanşir Məmmədov ATV-nin efirində müəllimlərin şagirdləri döyməsinə haqq qazandırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, “Şans oyunu” proqramında açıqlama verib. Sənətçinin fikrincə, döyülən istənilən şagird müəlliminə hörmət edir:

“İndiki valideynlər deyir ki, uşaq müəllimdən qorxmamalıdır, hörmət etməlidir. I-V sinif şağirdləri hörmətin nə olduğunu bilmir. Müəllimin şagirdə mütləq bir “çıtma”sı dəyməlidir. Vurmayanda şagird başlayır müəllimlə başqa cür rəftar etməyə... Bizə rəsmxətt fənni üzrə Sabir müəllim dərs keçərdi. O, şəkil çəkər, uşaqlar da öz işi ilə məşğul olardı. Bir az sərt olmaq lazımdır. Ancaq ədəbiyyat müəllimi Sara xanım daha sərt idi, uşaqlar ondan qorxurdu”.

Bundan əlavə, C. Məmmədov qeyd edib ki, texniki fənlərə marağı olmayıb, məktəbdən qovulanadək dərslərdən mütəmadi olaraq qaçıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Telegram Facebook Twitter Youtube Instagram