Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

"Dilavər Əzimli tibb tariximizdə ən uzun müddətli EKMO cihazında izlənən xəstə olub" - Həkim

3-03-2021, 16:30 46 dəfə baxılıb

"Dilavər Əzimli tibb tariximizdə ən uzun müddətli EKMO cihazında izlənən xəstə olub" - Həkim








Tanınmış tarixçi alim, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli müalicə olunduğu dövrdə Azərbaycanın tibb tarixində ən uzun müddətli EKMO cihazında izlənən xəstə olub.

"Report" xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tanınmış həkim Rəşad Mahmudov deyib.

"Çox təəssüf... 2 ay boyunca tibb heyəti gecə-gündüz yorulmadan mübarizə apardı. Tibb tariximizə ən uzun müddətli EKMO cihazında izlənən xəstə oldu. Şəxsən özüm bütün işlərimə baxmayaraq, hər gün onlayn ən azı iki dəfə vəziyyətini həkimlərlə müzakirə edirdim. Amma nəticədə kömək edəbilmədik. Məncə, COVID-19-a və peyvəndə qarşı aparılan antitəbliğat insanlığa qarşı cinayətdir", - həkim R.Mahmudov əlavə edib.

Qeyd edək ki, D.Əzimli bu gün 62 yaşında koronavirusdan dünyasını dəyişib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Telegram Facebook Twitter Youtube Instagram