Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

28 qaziyə protez göz qoyulub, 24 qazi isə müalicə üçün Türkiyəyə yola salınıb

28 qaziyə protez göz qoyulub, 24 qazi isə müalicə üçün Türkiyəyə yola salınıb
4-03-2021, 12:30 80 dəfə baxılıb

28 qaziyə protez göz qoyulub, 24 qazi isə müalicə üçün Türkiyəyə yola salınıb






“Bildiyimiz kimi, “YAŞAT” Fondunun təşəbbüsü, İsrailin Azərbaycandakı səfirliyinin və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşkilati dəstəyi ilə İsraildən Azərbaycana tibbi-humanitar yardım məqsədi ilə oftalmoloqlardan ibarət nümayəndə heyəti gəlib. Hazırda 5 gündür ölkəmizdə olan israilli həkimlər tərəfindən qazilərimizin müayinə və müalicəsi davam edir”.

Bunu jurnalistlərə açıqlamasında “YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov deyib.

Onun sözlərinə görə, 5 gün ərzində israilli həkimlər 132 qazimizi müayinə ediblər: “Onlardan 22-si əməliyyat edilib, 28-nə protez göz taxılıb, digərlərinin əməliyyatı isə növbəti günlərdə baş tutacaq”.

E.Hüseynov qeyd edib ki, qazilərimiz onlara göstərilən xidmətdən razıdırlar və əməliyyatlar da uğurla həyata keçirilir.

“Vətən müharibəsində yaralanmış qazilərimizin oftalmoloji cərrahi və tibbi müalicəsi məqsədi ilə humanitar yardım çərçivəsində ölkəmizə dəvət olunan 8 nəfərlik həkim heyəti bir həftəlik gəliblər. Həkimlər gözündən zədə almış hərbçilərimizin müayinəsini və əməliyyatlarını həyata keçirirlər”, – E.Hüseynov əlavə edib.

Oxumağa dəyər: Əli Əsədov iclas keçirdi
“YAŞAT” Fondunun rəhbəri indiyədək türkiyəli həkimlər tərəfindən müayinə olunan qazilərimizin sayını açıqlayıb: “Bildiyimiz ki, ötən dövr ərzində Türkiyədən də bir qrup həkim Azərbaycana gəlib. Türkiyəli həkimlər tərəfindən 154 qazimiz müayinə olunub və onların ntəicələri dəyərləndirilir”.

O həmçinin bildirib ki, 24 qazimizin müayinə və müalicəsinin davam etdirilməsi üçün Türkiyəyə yola salınıb: “Onlarla mütəmadi olaraq əlaqə saxlanılır. Artıq bir neçə qazimizin əməliyyatı uğurlar həyata keçirilib. Yaxın günlərdə müalicələrini başa vurub ölkəmizə geri qayıdacaqlar”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Telegram Facebook Twitter Youtube Instagram