Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

“Bizim yerimizə cavanlar gəlməlidir də…”

“Bizim yerimizə cavanlar gəlməlidir də…”
4-03-2021, 13:00 64 dəfə baxılıb

“Bizim yerimizə cavanlar gəlməlidir də…”






Xəbər verdiyimiz kimi, sabah YAP-ın növbədənkənar qurultayı keçiriləcək. Qurultayda bir çox məşhur simaların partiyanın rəhbər orqanlarından uzaqlaşdırılacağı istisna edilmir.

Məlumata görə, YAP rəhbərliyinin daha çox gəncləşəcəyi deyilir.

YAP-ın İdarə Heyətinin üzvü Abel Məhərrəmov açıqlamasında bildirib ki, bütün sahələrdə cavanlaşdırma siyasəti reallaşdırılmalıdır: “Əgər belə məsləhət olarsa, mən tam razıyam, heç bir narahatlıq yoxdur. Yeni Azərbaycan Partiyasının növbəti qurultayı ilə bağlı bizə gündəlik təqdim olunmayıb, ona görə də dəqiq hansı dəyişikliklərin nəzərdə tutulduğunu bilmirik. Həmçinin bəzi kadrların YAP-ın İdarə Heyətindən uzaqlaşdırılıb-uzaqlaşdırılmayacağı haqda heç bir məlumatım yoxdur. Cavanlaşdırma siyasəti ilə bağlı atılan bütün addımları isə müsbət qiymətləndirirəm. Ehtimal edirəm ki, xidmətdə olan cavan kadrlara yer verirlər. Bizim yerimizə cavanlar gəlməlidir də, elə daim biz qalası deyilik ki. Kommunist partiyası deyil ki, bir adam axıra kimi getsin. Cavanlaşdırma siyasəti ölkə üçün vacib faktordur”.

Oxumağa dəyər: Avropada istehsalçılar texnikanı 10 il müddətinədək təmir etməli olacaqlar
Səbail rayon təşkilatının sədri, sabiq deputat Şəmsəddin Hacıyev isə açıqlamasında qeyd edib ki, Yeni Azərbaycan Partiyasının (YAP) bütün rayon təşkilatlarının sədrləri sabahkı qurultaya dəvət olunub.

O, YAP üzvlərinin bu gün COVID-19 testi verdiyini də qeyd edib.

Şəmsəddin Hacıyev Yeni Azərbaycan Partiyasında aparılacaq islahatlardan da söz açıb:

“Yeni Azərbaycan Partiyasında struktur dəyişiklikləri ola bilər. Yeni tələblər mövcuddur. Dünya dəyişir. Ölkəmizdə cənab Prezidentin başçılığı ilə islahatlar həyata keçirilir. Yeni Azərbaycan Partiyasında da islahatların aparılması nörmaldır. Biz partiyanın əsgərləriyik. İllərdir ki, ölkə başçısının siyasi fəaliyyətini dəstəkləyirik. Sabahkı qurultayda nə qərar veriləcəksə, biz də ona tabe olacağıq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Telegram Facebook Twitter Youtube Instagram