YAP bu gün yenidən “doğulacaq” – Tam məxfi qurultay











Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar qurultayı bu gün səhər saatlarında partiyanın mərkəzi qərərgahında öz işinə başlayacaq.

“SAVAŞ” xəbər verir ki, partiyadakı mənbədən “AzPolitika.info”-ya verilən məlumata görə, artıq bütün dəvətlilər koronavirus testindən keçirilib. Ali tədbirdə 200-ə yaxın YAP üzvünün, eyni zamanda partiyanın sədri, Prezident İlham Əliyevin də iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, hakim partiya qurultay barədə indiyə qədər heç bir məlumat yaymayıb. Partiyanın saytında da bununla bağlı informasiya yoxdur, təşkilatın sözçüsü Hüseyn Paşayev isə günlərdir zəngələrə cavab vermir.

YAP deputatlarının bəziləri qurultaydan xəbərsiz olduqlarını deyiblər. Əksər millət vəkilləri isə jurnalistlərlə kontakta girməkdən çəkiniblər.

Məsələn, deputat Musa Quliyev deyib ki, onun qurultaydan xəbəri yoxdur, çünki dəvət etməyiblər.

Adının çəkilməsini istəməyən başqa bir deputat isə bildirir ki, qurultayın qəflətən və partiyanın bir qrup üzvündən xəbərsiz keçirilməsinin səbəbi YAP rəhbərliyində ciddi dəyişikliklərin planlaşdırılması ilə bağlıdır.

Partiyanın İdarə Heyətinin, Siyasi Şurasının, Gənclər Birliyinin, habelə Qadınlar Şurasının və Mərkəzi İcra Aparatının xeyli üzvü vəzifələrindən kənarlaşdırılacaq. Onların yerini partiyanın aşağı strukturlarından irəli çəkilən nümayəndələr, eyni zamanda YAP-a yeni qoşulan siyasətçilər tutacaq.

Partiyanın icraçı katibi Əli Əhmədovun da postundan gedəcəyi, onu YAP Gənclər Birliyinin sədr müavini, deputat Ramin Məmmədovun əvəzləyəcəyi gözlənilir.

Bundan başqa YAP-ın nizamnaməsinə, proqramına da dəyişikliklər edilməsi gözlənilir.

“Hakim partiyada böyük dəyişikliklər gözlənilir, ondan narazı qalanlar, qarşı çıxanlar ola bilər. Bu da qurultayqabağı manipulyasiyalara, daxili narazılıqların ictimai müzakirəsinə rəvac verə bilərdi. Ona görə də qurultayla bağlı ictimaiyyətə geniş informasiyanın verilməməsi qərara alınıb. Bu qadağanı pozan partiya yetkilisi, deputat sərt qınaqla üzləşəcək” – deyə, mənbə vurğualyıb.

Mənbə daha sonra qeyd edib ki, qurultayın gündəliyi ancaq Təşkilat Komitəsinə məlumdur, iştirakçılara bu barədə hər hansı informasiya verilməyib.

“Yəqin ki, tədbir başlayanda gündəlikdəki məsələlər elan olunacaq. Kimlər gələcək, kimlər gedəcək, bu haqda bir söz deyə bilmərəm. Amma şəxsi fikrim budur ki, YAP fəallığını, çevikliyini, hərəkətliliyini daha da artırmalıdır. Köhnə təfəkkürlü insanlarla, köhnə metodlarla çox da uzağa getmək olmaz.

Artıq yeni nəfəs, yeni ruh, fəal insanlar partiyanın rəhbər strukturlarında təmsil olunmalıdırlar. Bu zaman YAP daha da güclənmiş, möhkəmlənmiş olar. Təbii ki, YAP ölkənin ən böyük partiyasıdır və heç bir siyasi təşkilat onunla müqayisə belə oluna bilməz. Amma bununla belə, yenilənmək, dəyişmək, daha da güclənmək lazımdır”- deyə, o, sözlərinə əlavə edib.


Oxunub: 373

Son xəbərlər

Azərbaycan nefti bahalaşdı

Gəncədə dəfn ilə bağlı qeyri-adi inanclar - VİDEO

AMEA-nın professoru vəfat etdi

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib?

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Taksilərdə videokameralar quraşdırılacaq

Kanalizasiya suları Ceyranbatan su anbarına axıdılır?

Bakıda bu evlər bahalaşıb

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Kreml yeni oyuna başlayır: Hədəf Mərkəzi Asiyadır - ŞƏRH

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Tanınmış iş adamının faciəli şəkildə ölən oğlu məhkəməyə verildi

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir - VİDEO

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Quru sərhədləri Azərbaycan vətəndaşları üçün açılmalıdır - ÇAĞIRIŞ

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Bakıda 17, bölgələrdə 20 dərəcə isti olacaq - HAVA PROQNOZU

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Yalnız bu üç növ silah Ukrayna müharibəsinin gedişatını dəyişə bilər - "The Telegraph"

Dollara tələbin artmasının səbəbləri açıqladı

Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşdü

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər - VİDEO

Məktəbdə nöqsan aşkarlandı, direktor işdən çıxarıldı

Mərkəzi Bank uçot dərəcəsini azaltdı

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Bütün xəbərlər