Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Qəbiristanlıq satılıb, qəbirlərin üstündə ev tikintisinə hazırlıq gedir - Balaxanıda özbaşınalıq

Qəbiristanlıq satılıb, qəbirlərin üstündə ev tikintisinə hazırlıq gedir - Balaxanıda özbaşınalıq
5-03-2021, 13:17 133 dəfə baxılıb

Qəbiristanlıq satılıb, qəbirlərin üstündə ev tikintisinə hazırlıq gedir - Balaxanıda özbaşınalıq






Bakının Balaxanı qəsəbəsindəki qəbiristanlığın bir tərəfində anım mərasimi keçirilir, qadınlar ağlayır, digər tərəfdə isə köhnə qəbirlərin üstünü örtüb, hasara alırlar.

Ərazidə ev tikintisinə hazırlıq gedir. Bunu kimlərin etdiyini isə bilən yoxdur. Balaxanı qəsəbəsinin axundu Hacı Bəxtiyar Əliyarlı Musavat.com-a deyib ki, baş verənlərlə bağlı qəsəbə icra nümayəndəliyinə, bələdiyyəyə məlumat veriblər:

“Bu ərazini hasara alanlar burada dəfn olunan insanların ruhuna, bizlərə qarşı hörmətsizlik, sayğısızlıq edir. Ərazini ötən il hasarlamışdılar, kənd sakinləri müraciət etdi, hasarı sökdülər. Bu il isə yenidən tikinti işləri davam etdirilib. Hasara alınmış bu ərazidə torpağın altında qəbirlər var. Buradakı başdaşılarını söküblər, ərazini hasarlayıblar.



Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevə müraciət edirik ki, bu özbaşınalığa, bu qanunsuzluğa son qoysunlar. Bu qanunsuzluqla bağlı tezliklə bir ölçü götürmələrini istəyirik”.

Bu ərazidə baş verən qanunsuzluqlardan Balaxanı sakinləri də narazıdır. Deyirlər ki, 2 il əvvəl qəsəbə ərazisindəki xristian qəbiristanlığının ərazisi də bu şəkildə zəbt olunub. Gecə ilə qəbirüstü daşlar sökülüb, ərazi hasarlanıb. O dövrdə məsələyə Azərbaycandakı rus səfirliyi qarışıb və barbarlıq dayandırılıb.

Sakinlər deyir ki, qəbiristanlıq əraziləri bu şəkildə zəbt olunur, qəbirlərin üstündə evlər tikilir və sonradan ərazi satılır. Belə yerlərə müştəri düşənlər torpağın, evin altında qəbirlərin olduğunu bilmədiklərindən rahat şəkildə qəbiristanlıqda yaşamağa başlayırlar. Günlərin birində həyətlərində hər hansı bir qazıntı işi görəndə isə yerin altından çıxan insan sümüklərinin qalıqları ilə üz-üzə qalırlar.
Mövzuya qayıdacağıq.
Musavat.com






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Telegram Facebook Twitter Youtube Instagram