Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

"Xalqdan qorxmursunuz, Allahdan qorxun, cənab icra başçısı..." - İTTİHAM

5-03-2021, 18:00 176 dəfə baxılıb

 "Xalqdan qorxmursunuz, Allahdan qorxun, cənab icra başçısı..." - İTTİHAM








Bu gün sosial şəbəkələrdə Gəncə şəhərinin Şəhidlər Xiyabanında şəhid məzarları üzərində olan gül çələngləri, bayraq və bəzəklərin sökülməsiylə bağlı görüntülər yayılıb. Görüntülərdən aydın olur ki, kiçik bayraq və gül çələngləri yaxınlıqdakı zibil qutusuna atılıb. Şəhidlərin yaxınları bu vəziyyətə narazılıq edib, bu addımın onlardan xəbərsiz atıldığını bildiriblər.
İcra hakimiyyəti isə öz biabırçı hərəkətlərinə bəraət qazandırmaq üçün bildirib ki, guya məzarlıqda təmizləmə işləri aparılır.
Görəsən, bu rəhbər şəxslər başa düşmür ki, Azərbaycan bayrağını zibil qabına atmaq təmizləmə deyil, cinayət əməlidir.
Şəhid məzarlarına qoyulmuş çiçək çələnglərini zibilxanaya atmaq bəlkə şəhid ruhlarına etiramdır, ay nankorlar ?
Həmin şəhidlərin hesabına bu gün başımızı qaldırıb gəzə bilirik.
Hansı məmurun oğlu erməniyə güllə atıb ?
Hansı icra başçısının oğlu müharibədə şəhid olub ?
Hansı məmurun kürəkəni döyüşdə yaralanıb ?
Bəlkə Mingəçevirin keçmiş, Gəncənin indiki başçısı Niyazi Bayramovun kürəkəni Arif Rəhimov Qarabağ savaşında 1-cə saat iştirak edib ?
Əsla, ola bilməz.
İcra başçısının kürəkəni Arif Rəhimov idman nazirimiz Azad Rəhimovun oğludur. Və idman yarışlarında büdcədən milyonlar yoxa çıxdığı üçün ölkədən qaçıb. Atası Azad Rəhimov isə neçə aydır ABŞ-da müalicə olunur.
Bax, bunların övladları, kürəkənləri ofşor zonalarda “qəhrəmanlıq” edirlər.
Sonra isə şəhid məzarlarına hörmətsizlik edirlər.
Görəsən, Gəncənin icra başçısı Niyazi Bayramov niyə susur ?
Şəhid məzarlığında baş verənlərdən xəbərsizdir ?
Niyazi Bayramov, sələfin Elmar Vəliyevin başına gələnlərdən nəticə çıxartmırsan ?
İnsanların heysiyyatı ilə oynamaq olmaz.
Həbs olunan icra başçılarını göz önünə gətirmirsən?
Axı, şəhid atasının, şəhid qardaşının, şəhid oğlunun siz məmurların şəhid məzarlarına belə hörmətsiz münasibətinizə bir gün cavab verilə bilər.
Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının bir məşhur sözü var: “ Xalqdan qorxmursunuz, barı, Allahdan qorxun”.
''Gündəlik Bakı''






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Telegram Facebook Twitter Youtube Instagram