Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Köçəryan: Qarabağda yeni savaş ola bilər

Köçəryan: Qarabağda yeni savaş ola bilər
6-03-2021, 12:46 81 dəfə baxılıb

Köçəryan: Qarabağda yeni savaş ola bilər


















Serj Sərkisyanla əməkdaşlıq barədə danışıqlar olmayıb.

Busaat.az axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın eks-prezidenti Robert Köçəryan deyib. O, Respublikaçılar Partiyasının bu aksiyada müxalifət hərəkatının bir hissəsi kimi çıxış etdiyini bildirib.

Köçəryan, həmçinin Paşinyanın hakimiyyətə gəlməsində Sərkisyanın günahkar olmasıyla bağlı suala cavab verməkdən yayınıb:

“Bu proseslərə gətirib çıxaran (2018-ci ilə) problemlər olub. Lakin aydındır ki, burada texnologiyalar tətbiq edilib, aktiv şəkildə erməni olmayan qüvvələrin xarici müdaxiləsi olub”.

O, generalların hakimiyyətə qarşı səbirli davrandığını da bildirib:

“Hərbi çevriliş sözündən qorxmaq lazım deyil. Tarixdə hərbi çevrilişlərin dövlətçiliyi və iqtisadiyyatın inkişafını qorumaq üçün imkan yaratmasıyla bağlı hallar az olmayıb”.

Köçəryan buna nümunə kimi Cənubi Koreya və Misiri göstərib. Bununla belə o, sözlərinin hansısa tərəfə yozulmamasını tələb edib.

Eks-prezident Qarabağda ədalətsiz sülhün yeni savaşa səbəb olacağını deyib. O, müharibənin Minsk Qrupu yox, hökumətin uğursuzluğunun nəticəsi olduğunu söyləyib:

“Minsk Qrupu hazırda lazımdır. O, Rusiyaya da lazımdır. Qarabağın statusu barədə danışıqların hansı istiqamətdə gedəcəyini demək çətindir. Dünya təcrübəsi göstərir ki, həddən artıq ədalətsiz sülh uzun müddət davam etmir”.

Köçəryan müharibə zamanı Moskvaya gedib Putinlə görüşünün alınmamasına hakimiyyətin səbəb olduğunu bildirib. O, hökumətin bu görüşün baş tutmaması üçün koronavirus testini qəsdən müsbət çıxardığını da iddia edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Telegram Facebook Twitter Youtube Instagram