Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Baş katib: "Pandemiya dünyada qadınlara qarşı şiddət epidemiyasının yayılmasına səbəb olub"

Baş katib:
6-03-2021, 13:32 62 dəfə baxılıb

Baş katib: "Pandemiya dünyada qadınlara qarşı şiddət epidemiyasının yayılmasına səbəb olub"


















“Pandemiya qadın və qızların artıq üzləşdiyi dərin bərabərsizlikləri daha da gücləndirir və gender bərabərliyi naminə illər ərzində əldə olunan irəliləyişləri heçə endirir”.

“Report” xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş 8 Mart - Beynəlxalq Qadınlar gününə həsr olunan məqaləsində deyib.

Onun sözlərinə görə, pandemiya əsasən qadınların işlədiyi sektorlara daha ciddi təsir edib: “Pandemiya ilə mübarizənin “ön cəbhəsində” olan qüvvənin əsasını qadınlar təşkil edir. Bunların da əksəriyyəti iqtisadi inkişafın aşağı pilləsində olan irqi və etnik baxımdan marqinal qrupları təmsil edirlər. Qadınların iş yerini itirmək və gəlirlərinin sürətlə azalmasına məruz qalmaq ehtimalı 24% daha çoxdur. Onsuz da geniş yayılan genderlər arası maaş fərqi daha da artıb. Bu, səhiyyə sektorunda da özünü büruzə verib”.

BMT-nin baş katibi qeyd edib ki, evdən çıxmağa qadağanın qoyulması və məktəb və uşaq bağçalarının bağlanması səbəbindən ödənişsiz qayğı yükünün həcmi kəskin dərəcədə artıb: “Milyonlarla qız artıq məktəbə qayıtmaya bilər. Analar və xüsusilə tənha analar, ciddi çətinlik və narahatlıq doğuran hallarla qarşılaşır. Eyni zamanda, COVID-19 pandemiyası dünyada qadınlara qarşı şiddət epidemiyasının da yayılmasına səbəb olmuş, məişət zorakılığı, insan alveri, cinsi istismar və erkən evlilik hallarının sayında kəskin artıma təkan verib”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Telegram Facebook Twitter Youtube Instagram