Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Prezident ilk növbədə hansı məcburi köçkünlərin torpaqlarına qaytarılacağını açıqlayıb

Prezident ilk növbədə hansı məcburi köçkünlərin torpaqlarına qaytarılacağını açıqlayıb
6-03-2021, 14:15 107 dəfə baxılıb

Prezident ilk növbədə hansı məcburi köçkünlərin torpaqlarına qaytarılacağını açıqlayıb

















“Biz Böyük Qayıdış proqramı icra olunmağa başlayanda məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılması prosesinə də start verəcəyik”.

Dominant.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının ötən gün keçirilən VII qurultayındakı çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, burada da Yeni Azərbaycan Partiyasının üzvləri, fəallar ön planda olmalı, öz rolunu oynamalıdılar: “Çünki bu proses müəyyən zaman kəsiyində baş verəcək. Biz bir gündə, yaxud da ki, bir il, ya iki ildə dağılmış bütün şəhər və kəndlərimizi bərpa edə bilmərik. Ona görə burada ardıcıllıq, əlbəttə ki, gözləniləcək.

Bu ardıcıllıqla bağlı, əlbəttə, hesab edirəm ki, ilk növbədə, ən ağır vəziyyətdə yaşayan məcburi köçkünlərə üstünlük verilməlidir. Çünki 300 mindən çox məcburi köçkün dövlət tərəfindən evlərlə, mənzillərlə təmin edilib, onların məişət şəraiti yaxşıdır. Ancaq hələ də uşaq bağçalarında, yataqxanalarda və digər yararsız, yəni uyğunlaşdırılmış binalarda köçkünlər yaşayır və burada da sosial ədalətin gözlənilməsi üçün Yeni Azərbaycan Partiyasının fəalları öz rolunu oynamalıdırlar”.
İnter.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Telegram Facebook Twitter Youtube Instagram