Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Qazaxda 10 manatlıq şirkətlə 40 minlik müqavilə

Qazaxda 10 manatlıq şirkətlə 40 minlik müqavilə
6-03-2021, 16:30 52 dəfə baxılıb

Qazaxda 10 manatlıq şirkətlə 40 minlik müqavilə









Dövlət satınalmalarında şübhəli məqamlara daha çox yerli icra hakimiyyətlərinin elan etdiyi tenderlərdə rast gəlinir. Reportyor.info xəbər verir ki, yerli icra hakimiyyətlərinin həyata keçirdiyi dövlət satınalmalarında əsasən nizamnamə kapitalı 10 AZN olan, tanınmayan şirkətlərlə müqavilə bağlanır.

Məsələn, Qazax Rayonu İcra Hakimiyyəti başçısının Qazax Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi kotirovka soruğusu üsulu ilə elektrik materiallarının alınması üçün “Lələ” MMC ilə müqavilə bağlayıb. Müqavilənin maliyyə dəyəri 39 470 AZN təşkil edir.

Qazaxda 10 manatlıq şirkətlə 40 minlik müqavilə





İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə “Lələ” MMC 2 noyabr 2016-cı il tarixdə qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 10 AZN-dir. Hüquqi ünvanı isə Qazax rayonu, Çaylı kəndidir. MMC-nin qanuni təmsilçisi Eyvazov Rasim Hətəməli oğludur.

Bu şirkət haqqında açıq mənbələrdə hər hansı məlumat yoxdur. Baxmayaraq ki, MMC 4 ildən artıqdır fəaliyyət göstərir. Bəzi məlumatlara görə, şirkət əslində Qazaxdakı yerli məmurlardan birinə məxsusdur. Rasim Eyvazovun qanuni təmsilçi kimi statusu isə formal xarakter daşıyır.

Göründüyü kimi bu şirkətin də nizamnamə kapitalı 10 AZN-dir. Belə bir şirkətə sifariş verilməsi maraqlıdır. Elektrik materiallarına 40 min manat ödənilməsi isə ayrı mövzudur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Telegram Facebook Twitter Youtube Instagram