Ağstafanın icra başçısı Ağstafadan çox Bakıda olur - AĞSTAFAYA KİM BAXIR?







Son günlər mediada Ağstafanın icra başçısı Seymur Orucovun rayondakı problemlərə laqeyd, səhlənkar münasibəti ilə bağlı xəbər yayılıb.
Qısa məlumat üçün bildirək ki, Ağstafa Rayonu İcra Hakmiyyətinin nəzdində olan Ağstafa Mərkəzi stadionu bərbad vəziyyətdədir.
Sabiq icra başçı Məhərrəm Quliyevin dövründə yəni, 2019-cu ildə stadionun 2 meydançası təmir adı ilə sökülüb. Hazırda da stadionun meydançaları təmir olunmur, ətraf məkan çirkab içərisindədir.
Şəhər sakinləri bildirib ki, məsələ ilə bağlı yeni icra başçısı Seymur Orucova müraciət etsələr də, şikayətə baxan olmayıb.
Seymur Orucov deyib ki, bu məsələ məndən qabaqkı icra başçısının vaxtında olub, mənə dəxli yoxdur.
Çox maraqlıdır ki, özünü bir neçə əcnəbi dildə danışan adam kimi göstərib ancaq ingils dilini bilməyən, ''xaricdə təcrübə keçən'', dissertasiya müdafiə edən Seymur Orucov bilmir ki, dövlət idarəetməsində “məndən qabaq, məndən sonra “ yoxdur.
Bütün baş verənlərə görə, dövlət və dövlətin təmsilçisi məsuliyyət daşıyır.
Bunu Məhərrəm eləyib, yoxsa Seymur söhbəti ola bilməz.
Sən icra başçısı kimi Perzidentin rayondakı nümayəndəsi olaraq bütün problemlərlə bağlı dərhal məlumat verməli və məsələnin həlli üçün çıxış yollarını göstərməlisən. Bunu keçmişin üstünə yıxmaq dövlət tərbiyyəsində yoxdur, cənab Orucov !
Bunu sənə dayın Həmkarların sədri Səttar Mehbalıyev, ya da qaynatan keçmiş rektor Şəmsəddin Hacıyev başa salmayıb ?
Axı, siz gəncləri icra başçısı təyin edəndə möhtərəm Prezident İlham Əliyev cənabları sizi başa saldı ki, siz xalqın xidmətçisiniz, gedin xalqa qulluq edin.
Siz isə başçılıq etdiyiniz, rəhbəri olduğunuz rayonda 1 həftə dayana bilmirsiniz. İki gündən bir Bakıya qaçırsınız.
Axı, siz Bakının deyil, Ağstafanın rəhbərisiniz, Seymur müəllim !
Cənab prezident sizin kimi 34 yaşlı gəncə etibar edərək Ağstafa kimi rayona icra başçısı təyin edib. Bundan böyük etimad olarmı ?
Amma siz etimadı itirə-itirə gedirsiniz.
Bu günlərdə YAP Gənclər Təşkilatının sədri kimi mühüm vəzifənizi itirdiniz. Artıq partiyanın Siyasi Şurasının üzvü də deyilsiniz. Bular sizə nəsə demir ?
Dəyəri 350 min olan xarici avtomobil sahibi olmağınız, uşaq bağçası müdirəsi olan yoldaşınız Çeşmə xanımın bu avtomobildə bağçaya işə gedib-gəlməsi, özünüzün mütəmadi Elmlər Akademiyasının yanında dolaşmağınız barədə mediada nələr yazılır, Seymur müəllim.
350 mini necə qazanmısan, cənab başçı ?

Bircə dəfə çıxın mediaya və öz mövqeyinizi ortaya qoyun.
Ulu Öndər Heydər Əliyev deyirdi ki, mövqeyini ortaya qoy.
Əks təqdirdə siz cavanlarla türmədə olan qoca icra başçılarının nə fərqi var..?

Redaksiyamız hər kəsin söz haqqını tanıyır. //gundelik-baku.com//


Oxunub: 538

Son xəbərlər

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

"Onunla nə edirsən et" deyib, azyaşlı qızını 50 yaşlı kişiyə verdi - Azərbaycanda ŞOK OLAY

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi - FOTO

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

Azərbaycanda ailə məhkəmələrinin yaradılması təklif olunur

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sabah 28° isti olacaq

Ədliyyə nazirindən YENİ TƏYİNATLAR

Mövsümi allergiyaya səbəb OLANLAR

Əmlak Komitəsinin vəzifəli şəxslərinin kassasiya şikayəti təmin edilmədi

Sülhməramlılar Qarabağdan çıxarılır

Prezident Kayrat Sarıbayı qəbul etdi

Naxçıvan aeroportunun direktoru vəzifəsindən azad edildi

Paşinyan yenidən Qazaxla sərhədə getdi

Çempionlar Liqası: Bu gün sonuncu yarımfinalçılar müəyyənləşəcək

Maskalı şəxs bankı partlatdı

Alimlər "canavar dalğaları"nın necə yarandığını müəyyənləşdirdi

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

Əfv sərəncamı kimlərə şamil olunacaq? - VİDEO

Dövlət Ehtiyatları Agentliyi sığortaçı seçir

Azərbaycan İlahiyyat İnstitutu auditor seçir

Aytən Səfərova ağır qəzaya düşdü - DYP-dən AÇIQLAMA

Fransa Azərbaycandakı səfirini geri ÇAĞIRDI

Bütün xəbərlər