Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Koronavirusun Azərbaycan ştammı necə yarana bilər? - “Zəifləyir və yoxa çıxır"

22-03-2021, 16:34

Koronavirusun Azərbaycan ştammı necə yarana bilər? - “Zəifləyir və yoxa çıxır"







DogruXeber.az: - Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın son brifinqində bildirib ki, ölkəmizdə də koronavirusun yeni ştammı yarana bilər.

"Britaniya ştammının hər hansı ölkə tərəfindən dayandırılması qeyri-mümkündür. Bütün bu ştammlar dünyaya yayılır. Bu mutasiyalar Azərbaycanda da baş verə bilər. Azərbaycanda da Britaniya ştammına uyğun bir hal yarana bilər",-deyə o qeyd edib.

Maraqlıdır ki, yeni mutasiya necə yaranır?

Tibb elmləri doktoru, professor Adil Qeybulla Cebhe.info-ya açıqlamasında deyib ki, bunun elmi əsasları var:
"Virusun çoxsaylı mutasiyaları var. Bəzi mutasiyalar isə dərhal bilinir, hansı ki, onun digərləri ilə müqayisədə müəyyən özəllikləri olur. Məsələn, Britaniya ştammı. Hətta mutasiyalar sırasında öldürücülük qabiliyyəti çox olanlara da rast gəlinir. O mənada Azərbaycanda da hansısa mutasiya forması ola bilər. Burada qəribə nəsə yoxdur. Sadəcə olaraq, virus mutasiya edərək zəifləyir və yoxa çıxır".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Telegram Facebook Twitter Youtube Instagram