Kəmaləddin Qafarov əslində KİMDİR? - İDDİA







DogruXeber.az: - Xərçəng ( rak ) sözü insanlarda ümidsizlik, əlacsızlıq, müalicəsi mümkün olmayan bəla kimi başa düşülür. Hətta, bu sözün özü insanlarda dəhşətli depressiya yaradır. Məlumdur ki, müasir tibb elmi bu xəstəliyin qarşısında acizdir.
El arasında əvvəllər buna “qara yara” deyərmişlər.
Belə bir bəladan milyonlar qazananlar da var. Bunlardan biri də Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Baş direktor müavini Kəmaləddin Qafarovdur.
Bu adam milyonlarla ailəyə bədbəxtlik gətirən bəladan milyonlar qazanır. Bu adam özü Azərbaycan səhiyyəsinin qara yarasıdır.
Bu adam kimdir ?
Necə və hansı yolla ölkənin Milli Onkologiya Mərkəzinin Baş direktor müavini olub ?
Bu adan hansı yolla 2 dəfədir ki, Milli Məclisə üzv seçilir ?
Bu adamın tərcümeyi-halına nəzər salaq.

Bu adam Bakıda kimya-biologiya təmayüllü məktəbi bitirb və Naxçıvanda universitetdə meyvə-tərəvəzçilik və üzümçülük fakültəsini bitirib.
Adama deyərlər ki, Bakıda məktəbi bitirən məzun necə olur ki, gedib Naxçıvanda, özü də meyvə-tərəvəzçilik, üzümçülük fakültəsini bitirir.
Və sonra gəlib Milli Onkologiya Mərkəzində rəhbər olur.
Milli Onkologiya Mərkəzində minlərlə xəstə, hətta uşaqlar müalicə olunmaq ümidi ilə gözləyir. Kəmaləddin Qafarov isə, bu xəstələrdən milyonlar qazanır.
Prezident İlham Əliyevin bir sözü son vaxtlar az qala zərb-məsələ çevrilib: Xalqdan qorxmursunuz barı Allahdan qorxun.
Kəmaləddin Qafarov kimilər heç Allahdan da qorxmur.
Milli Onkologiyadan sonra 2015-ci ildə Binəqədidən Milli Məclisin deputatı seçilib.
Bu adam “AzəriMed” şirkətinin sahibidir.
Onkoloji xəstədən ilk müraciət zamanı 500 manata yaxın pul alırlar. Sonra kimyaterapiya üçün 300 manat, sonra şüa qəbulu 1000 manat, sonra pozitron-emissiya tomoqrafiyasına görə 1500 manat, sonra...
İndi isə Kəmaləddin Qafarovun şirkətlərinin siyahısına nəzər salaq.
Yuxarıda qeyd etdiyimiz kimi, Qafarov “AzəriMed” şirkətinin rəhbəridir. Milli Onkologiya Mərkəzi (MOM) qanunla müəyyən olunmuş qaydalarını aşkarcasına pozaraq, “AzəriMed” şirkəti ilə heç bir tender olmadan 43 milyon manatlıq alqı-satqı aparıb. Təsəvvür edin, K.Qafarov həm dövlətin 43 milyon vəsaitini verib-alandır, həm də öz şirkətinin 43 milyon manatlıq malını satan.
Milli Onkologiya Mərkəzi (MOM) “Azeri Med” MMC ilə tibbi ləvazimatlar, sarğı materialları, dərman preparatlarının alınmasına dair 10 mln. 120 min manatlıq müqavilə imzalayıb.
2018-ci ilin yanvarından MOM “Azeri Med” MMC ilə tibbi ləvazimatlar, sarğı materialları, dərman preparatlarının alınmasına dair ümumi dəyəri 29 mln. 617,6 min manat ($17,4 mln.) olan müqavilələr imzalayıb.
Kəmaləddin Qafarov “Zəfəran” apteklər şəbəkəsinin sahibidir.
Bunlara qane olmayan Qafarovlar ailəsi həm də “VERSAL PALACE” MTK-ya sahibdir, Ağ Şəhərdə binalar tikir. Qafarovun xeyli biznesini yaxın qohumu Canilya Qafarova idarə edir.
Yəni bu adam “xərçəng”dən milyonlar qazanır.
Amma unutmaq lazım deyil ki, bu dünyada bir ilahi ədalət var. Və bir gün o sənin yaxandan yapışacaq, cənab üzümçü-onkoloq Qafarov. //gundelik-baku.com//


Oxunub: 470

Son xəbərlər

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir

Demensiyalı insanlar üçün təhlükəli olan dərmanlar açıqlandı

İçərişəhərdə restorandan oğurluq edən şəxs həbs edildi

Füzulidə səsgücləndirici ilə icra başçısını söyən şəxs kimdir? - TƏFƏRRÜAT

Azərbaycanda bu şəxslər gəlir vergisindən azad edilir

Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edildi

Cavanşir Məmmədov dünyasını dəyişdi

Sabah 30° isti olacaq

Əməkdar artist 49 yaşında dünyasını dəyişdi

Məktəb direktoru icra başçısına müavin təyin olundu

ABŞ qoşunlarını Nigerdən çıxarmağa razıdır

Bu universitet publik hüquqi şəxsə çevrildi - Baş nazirdən qərar

Azərbaycan nefti bahalaşdı

Xankəndidə silah-sursat aşkarlandı

Tarixdə ilk dəfə: Danimarka USQ üçün Ukrayna istehsalçılarından silah alır

Ərzaqların üzərində niyə Azərbaycan dilində yazı yerləşdirilmir? - VİDEO

Azərbaycan son 1 ildə valyuta ehtiyatlarını 10 % artırıb

Faktiki hava: Bakı və Abşeron yarımadasında 29 dərəcə isti olub

"Qarabağ" "Qəbələ"yə, "Zirə" "Neftçi"yə qarşı

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır

Azərbaycan IEA ilə enerji səmərəliliyi üzrə yol xəritəsinin hazırlanmasını müzakirə edib

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış edib

İki narkokuryer tutuldu

ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasına belə reaksiya verdi

Şahin Abbasov və qardaşları Moskvaya aparıldı

YAŞILLIĞI KİMLƏR VƏ NƏ SƏBƏBƏ MƏHV EDİR - CAVABDEH QRUMLAR NİYƏ SUSUR?

"Mən sübut edə bilərəm ki, vedrə ölçü vahididir"

"Noldu ki, bu boyda məhbusların olduğu ölkədə təkcə Arif Hacılının oğlu azadlığa çıxdı?"

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Qərbi azərbaycanlıların qayıdışı Bakının strateji hədəflərindəndir

Bütün xəbərlər