Millimizlə matç Portuqaliyanın baş məşqçisi üçün əlamətdar oldu
DogruXeber.az xəbər verir ki, millimizlə matç Portuqaliyanın baş məşqçisi üçün əlamətdar oldu
Dünya çempionatının seçmə mərhələsinin ilk turunda Azərbaycanla matç Portuqaliya yığmasının baş məşqçisi Fernandu Santuş üçün əlamətdar olub.
67 yaşlı mütəxəssis millidə 80-ci matçına çıxıb.
Bu, həmçinin Santuşun komandada 50-ci qələbəsi kimi tarixə düşüb.
Qeyd edək ki, Portuqaliya Azərbaycan millisini 36-cı dəqiqədə Maksim Medvedevin vurduğu avtoqolla məğlubiyyətə uğradıb. Fernandu Santuş 2014-cü ildən yığmanın baş məşqçisidir.