Sabiq komitə sədrinin ailə biznesini hansı bələdiyyə sədri idarə edir-FOTO
DogruXeber.az xəbər verir ki, bu gün daha bir maraqlı məlumat sosial şəbəkədə gündəmi dəyişib. Belə ki,jurnalist Cavanşir Həsənlinin şəxsi Facebook proofilində qeyd etdiyi məlumata görə kesmiş Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun ailə şirkətini bələdiyyə sədri Nazim Qaraxanov idarə edir.
Nəsimi rayon bələdiyyəsinin sədri Nazim Qaraxanov Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun ailə şirkətini idarə edir.
O, 2008-ci ildə Nazim İbrahimovun həyat yoldaşı Minayə İbrahimovanın təsisçiliyi ilə qeydiyyatdan keçmiş "CASPİLİNE" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisidir.
Nazim Qaraxanov Nazim İbrahimovun komitə sədri olduğu dövrdə şöbə müdiri vəzifəsində çalışıb.