Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Humanitar Kollecin Direktoru "COVİD-19" xəstələrini məcburi işə çıxarır-Video

Humanitar Kollecin Direktoru
26-03-2021, 13:28 129 dəfə baxılıb

Humanitar Kollecin Direktoru "COVİD-19" xəstələrini məcburi işə çıxarır-Video











DogruXeber.az: - Azerses TV-yə daxil olan məlumata görə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində olan Humanitar Kollecində ölkədə karantin rejimi olmasına və tədris müəssisələrinin onlayn dərs rejiminə keçməsinə baxmayaraq kollec direktoru Nərmin Qaralova tərəfindən müəllimələr və texniki işçilər məcburi qaydada işə çıxarılır. Məlumatı verən mənbə bildirir ki, direktorun bu qərarından sonra kollecdə "COVİD-19"-a yoluxanların sayı kəskin artıb. Direktorun qanunsuz olaraq işçiləri zorla işə çıxarmasından sonra kollecin əməkdaşları Mustafayeva Göyçək, Zeynalova Tinatin, Həsənli Günel, Məmmədova Fərəh virusa yoluxub və ağır vəziyyətdə xəstəxanadadırlar. Mənbə iddia edir ki, yoluxanlardan Məmmədova Fərəh Direktor Nərmin Qaralova tərəfindən bülletendə olmasına baxmayaraq zorla işə çağırılıb.

Direktor Nərmin Qaralovanın qanunsuz hərəkətləri qurbansız da ötüşməyib. Kollecdə Laborant vəzifəsində çalışan Quliyeva Hicran qanunsuz olaraq məcburi işə çağırıldığına görə virusa yoluxub və dünyasını dəyişib.
Qeyd edək ki, adı çəkilən kollecin direktoru Nərmin Qaralova bir neçə müddət öncə "azyaşlı" kollec tələbəsi qızı "Şamtutan" deyə təhqir etdiyinə görə ölkə ictimaiyyətinin ciddi qınağına səbəb olmuşdu.
Qarşı tərəfin də mövqeyini öyrənməyə və dərc etməyə hazırıq.//- Azerses TV






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Telegram Facebook Twitter Youtube Instagram