Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

"Karaca" müştəriləri aldadır?

31-03-2021, 09:03 89 dəfə baxılıb

"Karaca" müştəriləri aldadır?






















DogruXeber.az: - "Karaca" mağazalar şəbəkəsi Azərbaycanda və qardaş Türkiyədə kifayət qədər tanınmış bir brend şəbəkədir. Sözügedən brendin kifayət qədər tanınmasında əsas rolu olan yalnız onun reklamı imiş. Çünki, minlərlə işçisi olan bir şəbəkənn keyfiyyətdən narazı olan müştərinin şikayətini dinləyəcək və problemin həllinə köməklik göstərəcək bir məsul işçisi yoxdursa, burada nə keyfiyyətdən, nə də "yüksək müştəri xidməti"ndən söhbət gedə biməz.
Bizə bu cür düşünməkdə əsas verən səbəbimiz "Müştəriyəm şikayətim var" facebook qrupunda Nigar Xudaverdiyeva adlı xanımın təfərrüatlı paylaşımıdır.
DogruXeber.az xanımın şikayətini olduğu kimi təqdim edir.
"Salam. Şikayetim Karaca mağazasındandır. 2 mart 2021-ci il tarixində Karacanın Elmler filialından 480.60 manatlıq mehsullar almışıq. Eve gelenden sonra qabları silende gördüm ki, Konfet qabının birinde içden çatlaq var, orada yoxlamada satici qız bize dedi ki, kenarlarına elinizi sürtün ele ilişen birşey olmasın. Biz de ele yoxladıq, onun dediyi formada heç bir defekt aşkar etmedik. Orada hemin gün adam çox idi, növbe idi, yoxlama yerinde işıqlandırma zeif idi, yeni mağazada bu defekti görmek qeyri-mümkün idi. Evde bu defekti gören kimi ( qabı alandan 2 saat müddetinde)derhal Karacanın whatsapp-na şeklini gönderdim, mene bildirdiler ki, mağazaya yaxınlaşım. 3 mart tarixinde mağazaya yaxınlaşdıq, orada men satıcıya ve menecere sınıq qabı teqdim etdim ve onlar döne-döne qaba nezer yetirdikden sonra defelerle heç bir defekt olmadığını mene söylediler, yalnız men defekti gösterdikde orda Mahire xanım adında menecer bize bildirdi ki, bizlik heç bir şey yoxdur, siz burda yoxlayıb görerdiz. Amma bize dedi ki, martın 10-dan sonra gelin, kameranı açaq ve baxaq. Biz 15 mart tarixinde getdik yeniden, lakin kamera görüntülerini göstermekden imtina etdi, hetta bize bildirdi ki, açıb orda çatlaq olduğunu görsek bele, ede bileceyimiz heç ne yoxdur. Mehsulu deyişdirmekden imtina etdi Mahire adında menecer. Ümumiyyetle sistemi ele qurublar şikayet ede bileceyimiz kimise göstermirler. Ofis mexvi, heç bir email ünvanı ya da telefon nömresi yox. Men Karacanın daimi müşterisi olaraq bu davranışı onlara heç yaraşdırmadım. Müşteri qazanmaqdan, itirdiler.
Burada söhbet o mehsulun qiymetinden getmir, çox böyük bir mebleq deyil amma Karaca şirketine niye bağışlamalıydımki o mebleği, ehtiyacı olan kimese vererdim. İnsanların hüquqları pozulur ve onların bu kimi emelleri insanları öldürmese de, insanlığı öldürür."
DogruXeber.az redaksiyası olaraq, qarşı tərəfin də məsələ barədə açıqlamalırını dinləməyə və dərc etməyə hazırıq.

"Karaca" müştəriləri aldadır?























\




"Karaca" müştəriləri aldadır?






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Telegram Facebook Twitter Youtube Instagram