gundem / sosial
3.04.2021, 09:35
Bakının bəzi avtomagistrallarında sürət həddi endirildi
DogruXeber.az: - Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saata endirilib.
Bu barədə "Report"a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Məlumatda bildirilir ki, məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir.