Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Ceyranbatan su anbarının statusu dəyişib

29-03-2018, 09:01

Ceyranbatan su anbarının statusu dəyişib














Ceyranbatan su anbarının statusu dəyişib.

DogruXeber.az -in melumatina gore Nazirlər Kabineti bununla bağlı "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Su Ehtiyatları Dövlət Agentliyinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” qərarında müvafiq dəyişiklik edib.

İndiyə qədər Ceyranbatan su anbarından müvafiq olaraq, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti su təchizatı üçün götürdüyü, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti Abşeron magistral kanalı vasitəsilə suvarma üçün götürdüyü suyun dəyərini Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinə ödəyiblər. Dəyişikliyə əsasən bundan sonra sudan ödənişli istifadə qaydaları təsdiq edilənədək, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Samur-Abşeron kanalı istismarı idarəsi tərəfindən Ceyranbatan su anbarına gətirilən suyun “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə topdansatış tarifi Tarif (qiymət) Şurası tərəfindən əvvəlki tarif nəzərə alınmaqla təsdiq ediləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Telegram Facebook Twitter Youtube Instagram