Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Azərbaycan iqtisadiyyatında ARTIM GÖZLƏNTİSİ: - “Bu proqnozların reallıq payı...”

Azərbaycan iqtisadiyyatında ARTIM GÖZLƏNTİSİ: - “Bu proqnozların reallıq payı...”
3-04-2021, 14:41 71 dəfə baxılıb

Azərbaycan iqtisadiyyatında ARTIM GÖZLƏNTİSİ: - “Bu proqnozların reallıq payı...”












DogruXeber.az: - Dünya Bankının hesabatına görə, 2021-ci ildə Azərbaycan iqtisadiyyatında ın 1,9 faiz artım gözlənilir. Bankın mütəxəssislərinin proqnozlarının yer aldığı sənədə əsasən, 2022-ci il ərzində Azərbaycanda ümumi daxili məhsul 4,5 faiz artacaq.

İqtisadçı Əkrəm Həsənov Yenicag.az-a açıqlamasında Dünya Bankının qeyd olunan proqnozlarını şərh edib. Onun sözlərinə görə, dünya bazarında neftin bahalaşması Azərbaycan iqtisadiyyatı üçün müsbət stimul yaradır:

“Mövcud şəraitdə müxtəlif nüfuzlu qurumların proqnozlarını birmənalı qiymətləndirmək çətindir. Çünki vəziyyət çox dəyişkəndir. Pandemiya dövrü və dünyadakı geosiyasi vəziyyət olduqca qarışıqdır. Bu baxımdan, Dünya Bankının proqnozları sadəcə, optimal bir variantdır.

Ümumiyyətlə, hesab edirəm ki, irəli sürülən proqnozda reallıq payı var. Bir tərəfdən nefti bahalaşır və bu, Azərbaycanın iqtisadiyyatı üçün müsbət haldır. Düzdür, yaxın gələcəkdə neftin qiymətində də dəyişiklik baş verə bilər, amma mövcud şəraitdə bu il 1,9 faiz, gələn il 4,5 faizlik artım gözləniləndir.

Digər tərəfdən, Azərbaycan iqtisadiyyatının inkişaf etməsinin əsas səbəblərindən biri də işğalda olan torpaqlarımızın azad edilməsidir. Bu fonda ölkəyə daxili və xarici sərmayə axını gözlənilir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Telegram Facebook Twitter Youtube Instagram