Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

"Baş həkim dedi ki, uşaq sağalıb..." - GİLEY

5-04-2021, 09:45 87 dəfə baxılıb

"Baş həkim dedi ki, uşaq sağalıb..." - GİLEY






Gəncə şəhər, Ü. Hacıbəyli küçəsi, 3-cü dalan, ev 1 ünvanında yaşayan Elnarə Hüseynova “Gözətçi”yə göndərdiyi şikayətində xəstə övladı üçün pensiya almaqda çətinliklərlə üzləşdiyini bildirib.

Elnarə Hüseynovanın övladı Nihad Hüseynov anadangəlmə ürək qüsurlu olduğu üçün iki yaşından ona pensiya təyin olunub və hər üç ildən bir tibbi komissiyadan keçir.

Şikayətçinin sözlərinə görə, o, övladına aid tibbi sənədləri Gəncə şəhər Kardioloji xəstəxanadan əldə edib, 1 nömrəli poliklinikaya təqdim edib. Ancaq 1 nömrəli poliklinikanın baş həkimi uşağı Bakı şəhəri Topçubaşov adına Xəstəxanaya müayinə və müalicə etmək üçün göndəriş verməkdən imtina edib:

“Baş həkim dedi ki, uşaq sağalıb. Mənim oğlum ağır ürək xəstəsidir. Onda anadangəlmə ürək qüsuru olan mədəciklər və qulaqcıqlararası çəpər effekti, ürək çatışmamazlığı var. O, əməliyyat olunsa da, tam sağalmayıb. Mən bununla bağlı dövlət başçısına da müraciət etmişəm”.

Məsələ ilə Gəncə şəhər 1 saylı poliklinikadan isə bildirdilər ki, Nihat Hüseynov müalicə olunaraq sağalıb. Onu da qeyd etdilər ki, məslənin yenidən araşdırlıması üçün şikayətçi təkrar polklinikaya yaxınlaşsın.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Telegram Facebook Twitter Youtube Instagram