Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

“İcra başçısı da bələdiyyə sədri ilə bacarmır” - Neftçalada fermerlərin örüş davası...

“İcra başçısı da bələdiyyə sədri ilə bacarmır” - Neftçalada fermerlərin örüş davası...
5-04-2021, 16:30 104 dəfə baxılıb

“İcra başçısı da bələdiyyə sədri ilə bacarmır” - Neftçalada fermerlərin örüş davası...







DogruXeber.az: - Neftçala rayon Xolqaraqaşlı kənd sakinləri kəndin bələdiyyə sədri Əlibala Səlimovun əməllərindən cana doyduqlarını bildiriblər.

Sakinlər Moderator.az-ın əməkdaşı ilə söhbəti zamanı bildiriblər ki, bələdiyyə sədri kəndin hektarlarla örüş sahəsini zəbt edib, əkin-əkir. Onlar isə heyvanlarını otarmağa yer tapmırlar. Müvafiq qurumlara şikayət məktubları yazmaqlarına baxmayaraq Ə.Səlimova indiyi kimi “gözün üstdə qaşın var” deyən yoxdur.

“Bundan sonra Əlibala Səlimov DAİM-də fermerlər şurası üzvlüyündən qovulub...”

Onların sözlərinə görə Ə.Səlimov həmin ərazilərdə pambıq əkir. O, 1000 (min) hektarlarla ərazini öz yaxınları arasında bölüşdürüb. Ötən il Ə.Səlimov bələdiyyənin mülkiyyətində olan 150 hektar torpaq sahəsinə pambıq əkib. Daha sonra həmin ərazini sənəddə 70 hektar göstərərək saxta sənədlərlə yüksək sentiner əldə etmək məqsədiylə birincilik uğrunda sabirabadlı pambıqçı Fatma Hüseynova ilə üz-üzə gəlib. Baş verənlərdən xəbər tutan Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin sədri Ramil Salmanov Ə.Səlimovun saxtakarlığından Kənd Təsərrüfatı Nazirliyinə məruzə edib. Bundan sonra Ə.Səlimov DAİM-də fermerlər şurası üzvlüyündən qovulub.

“Bələdiyyənin bu qədər gəlir əldə etməsinə baxmayaraq kəndin daxili yolları bərbad vəziyyətdədir...”

Sakinlər kömək üçün bələdiyyə üzvü Vəfa Nağıya şikayət edəndə Ə.Səlimov onu da susdurmağa çalışıb. Hətta o, sakinləri müdafiə etdiyinə görə Vəfa Nağının çimərlik şəkillərini kəndin bir neçə yerinə vurdurub. Amma bu səviyyəsiz addımına görə əlaqədar qurumlar Ə.Səlimovu ciddi danlayıblar. Amma görünən odur ki, Ə.Səlimov hələ də sakinləri dövlətdən incik salmaqda israrlıdır. Kənddə barmaq basmağa belə boş torpaq sahəsi qalmayıb. Bütün bunlara görə isə bələdiyyə sədri heç bələdiyyə üzvlərinə belə hesabat vermir. Bələdiyyənin bu qədər gəlir əldə etməsinə baxmayaraq kəndin daxili yolları bərbad vəziyyətdədir.

Xolqaraqaşlı kənd sakini Rövşən Abdullayev deyir ki, “dəfələrlə bizi rayona dəvət edib deyiblər ki, şikayətinizlə bağlı ərizə yazın. Biz rayon prokurorluğunda da, Polis Şöbəsində də qəbulda olmuşuq. Bununla yanaşı, icra başçımız Mirhəsən Seyidovun qəbulunda olduq. İcra başçısı dedi ki, “məni üç gündü təyin ediblər, bu işlərlə tanış olmalıyam. Xahiş edirəm mənə iyirmi gün möhlət verin ki, işlə tanış olum”. Amma biz iyirmi gün yox, artıq altı aydır ki, icra başçısında cavab gözləyirik. Şikayətimizlə bağlı əlaqədar qurumlara 60 dənə məktub göndərmişik. Məktublarımıza cavab gəlsə də, heç bir nəticəsi yoxdur. Bir sözlə, tədbir görülmür. Ərazidəki torpaqların hamısını Əlibala Səlimov öz qohum-əqrabasıyla birlikdə zəbt edərək əkib-becərir. Kəndimizdən illərlə vergi yığdılar, amma heç kimə bunun qəbzini vermədilər. Pulların hara getdiyini bilən olmadı, hamısı bələdiyyə sədrinin cibinə getdi. İndi də bizə deyir ki, buranın böyüyü mənəm, sizlərə torpaq verməyəcəm. Bu hal dəfələrlə baş verib”.

Araşdırmamız davam edir...






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Telegram Facebook Twitter Youtube Instagram