Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

“AzerGold” QSC-nin Müşahidə Şurasının iclası keçirili

“AzerGold” QSC-nin Müşahidə Şurasının iclası keçirili
6-04-2021, 11:50 79 dəfə baxılıb

“AzerGold” QSC-nin Müşahidə Şurasının iclası keçirili






Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2021-ci il tarixli Sərəncamına əsasən tərkibi yenidən formalaşdırılmış “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (“AzerGold” QSC) Müşahidə Şurasının 2021-ci il üzrə ilk iclası keçirilib.

Müşahidə Şurasının sədri, Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini Rövşən Nəcəfin sədrliyi ilə videoformatda keçirilən iclasda Müşahidə Şurasının üzvləri, “AzerGold”un İdarə Heyətinin sədri Zakir İbrahimov və İdarə Heyətinin digər üzvləri iştirak ediblər.

İlk olaraq “AzerGold”un Müşahidə Şurasının sədri və üzvləri göstərilən etimada görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Müşahidə Şurasının sədri R.Nəcəf iclasda vurğulayıb ki, “AzerGold” fəaliyyət göstərdiyi qısa müddət ərzində dağ-mədən sahəsində ciddi uğurlar qazanaraq, Azərbaycanın qeyri-neft sektorunun aparıcı ixracatçıları sırasında qərarlaşıb. Hazırda dövlət şirkəti yeni inkişaf dövrünə qədəm qoyur. Müşahidə Şurası qabaqcıl təcrübə və müasir idarəetmə tələbləri çərçivəsində Cəmiyyətin fəaliyyətində səmərəliliyi artırmaq, onun idarə edilməsini müasir korporativ idarəetmə standartları nəzərə alınmaqla təkmilləşdirmək istiqamətində fəaliyyət göstərəcək. Müşahidə Şurası “AzerGold” QSC-nin İdarə Heyəti ilə əməkdaşlıq müstəvisində çalışacaqdır.

İclasda Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və Sərəncamlarından irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsədi ilə həyata keçiriləcək tədbirlər, “AzerGold”un korporativ idarəetmə sisteminin prinsipləri, Müşahidə Şurasının fəaliyyətinin təşkili, şirkətin idarə olunmasında Azərbaycan İnvestisiya Holdinqinin rolu və digər məsələlərlə bağlı müzakirələr aparılıb.
“AzerGold” QSC-nin Müşahidə Şurasının iclası keçirili
“AzerGold” QSC-nin Müşahidə Şurasının iclası keçirili






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Telegram Facebook Twitter Youtube Instagram