Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

"Beşiktaş" Avropanın ən məhsuldar klubları arasında

6-04-2021, 15:01 28 dəfə baxılıb

"Beşiktaş" Avropanın ən məhsuldar klubları arasında















DogruXeber.az: - Avropada 2020/2021 mövsümündə 10 liqanın ən məhsuldar klublarının reytinqi açıqlanıb.

"Report"un "WhoScored" statistika portalına istinadən məlumatına görə, siyahı çempionatın aparıcı komandaların hər oyuna orta hesabla qol sayı üzrə hazırlanıb.

Birinci yeri Niderland təmsilçisi "Ayaks" tutur. Amsterdam komandası hər oyuna orta hesabla 3,1 qol vurur.

Almaniya "Bavariya"sı 2-ci (2,9 qol), İngiltərə "Mançester Siti"si 3-cü (2,6 qol) yerdə qərarlaşıb.

Türkiyə Super Liqasının lideri "Beşiktaş" isə 2,1 qolla Portuqaliya "Portu"su və Fransa PSJ-si ilə birgə 7 - 9-cu yerləri bölüşür. "Qartallar" yalnız Şotlandiya "Reyncers"indən (2,2 qol) öndədir. 4 - 6-cı yerləri hərəyə 2,3 qolla Rusiya "Zenit"i, İspaniya "Barselona"sı və İtaliya "Atalanta"sı tutur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Telegram Facebook Twitter Youtube Instagram