Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

DSMF Gəncə sakinini niyə incidir? - GİLEY

9-04-2021, 10:31

DSMF Gəncə sakinini niyə incidir? - GİLEY







DogruXeber.az: - Gəncə şəhər, Əli Nəzmi küçəsi ev 143a da yaşayan Nərmin Əhmədova sosial təminat sahəsində son dövrlərdə aparılan elektronlaşma sisteminə görə problemlə üzləşib. O, bunu “Gözətçi”yə göndərdiyi şikayət məktubunda bildirib.

“Bildiyimiz kimi 2019-cu ilin əvvəlindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən pensiya təyinatı, o cümlədən uşağın doğulmasına görə birdəfəlik müavinətin təyinatı elektronlaşdırılıb. Mən də uşağın doğulmasına görə birdəfəlik müavinəti almaq üçün aidiyyatı üzrə Dövlət Sosial Müdafiə Fonduna müraciət etdim. Fonddan bildirdilər ki, məbləğ 2020-ci ilin dekabr ayından banka köçürülüb”, şikayətçi deyir.

Bundan sonra Nərmin Əhmədova Kapital banka müraciət edib. Ancaq oradan da məlumat veriblər ki, fond məbləği banka köçürməyib.

İki qrum arasında qalan N. Əhmədovanın şikayətlərinə isə cavab verən yoxdur.

Qeyd edək ki, Nərmin Əhmədovanın həyat yoldaşı Temur Əliyev II Qarabağ müharibəsi iştirakçısıdır.

Məsələ ilə bağlı DSMF-dən “Gözətçi”yə bildirildi ki, məbləğ 2020-ci ilin dekabrında banka köçürülüb.

Kapital Bankın Gəncə şəhər filialı ilə əlaqə saxlamaq istəsək də, zənglərimizə cavab verilmədi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Telegram Facebook Twitter Youtube Instagram