Əliyevin bəyanatı Ermənistanda təşviş yaratdı - Paşinyan Lukaşenkonu minnətçi saldı





"Ermənistan Baş nazirinin yaxın çevrəsinə daxil olan mənbənin verdiyi məlumata görə, Belarus Prezidentinin Bakıya səfər edib Azərbaycan dövlət başçısı İlham Əliyevlə görüşəcəyini eşidən Paşinyan Aleksandr Lukaşenkoya zəng edib. Ondan Bakıda İlham Əliyevlə görüşü zamanı Azərbaycan rəsmilərinin Ermənistan əhalisini səksəkəyə salan bəyanatlar verməməmsi xahişini çatdırmasını istəyib".

DogruXeber.az Yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə politoloq Əlimusa İbrahimov bildirib.

Onun sözlərinə görə,Paşinyan heç olmasa iyunun 20-nə nəzərdə tutulmuş seçkilərə qədər Azərbaycanı dözməyə çağırıb:

"Paşinyanın söylədiyinə görə, İlham Əliyevin son çıxışı zamanı Zəngəzur, Göycə, Yerevana qədər gedəcəklərini dedikdən sonra qorxuya düşən Yerevan sakinləri Rusiya səfirliyi qarşısında növbəyə dayanıblar ki, onların Rusiyaya getməsinə şərait yaradılsın. Paşinyan ehtiyat edir ki, nəzərdə tutulan seçki zamanı Ermənistanda səs verməyə adam qalmasın. Kvorum düzəlməyə bilər. Baş nazirin fikrincə, seçkidən sonra onsuz da Paşinyan hakimiyyəti ölkədən ermənilərin xaricə kütləvi axınına kömək edəcək reformalar həyata keçirəcək. Çünki o erməni millətini düşünən həqiqi liderdir. Nikol hesab edir ki, əgər millət Ermənistanda əziyyət çəkrsə niyə də gedib Rusiyada yaşamasınlar. Aleksandr Lukaşenkonun Paşinyanın xahişini İlham Əliyevə çatdırıb-çatdırmaması haqqında isə hələlik rəsmi məlumat yoxdur".

Politoloq Ermənistanda iyunun 20-nə təyin olunmuş növbədənkənar parlament seçkisinə qeyri-rəsmi olsa da start verilməsinə diqqət çəkib. Deyib ki, Baş nazir Paşinyan Rusiyaya səfər edib Putinlə görüşdükdən sonra seçki kompaniyasını parlamentdə davam etdirməyə başlayıb:

"Hiss olunur ki, Paşinyanın seçkiqabağı kompaniyası bir neçə mərhələdən ibarət olacaq. İlk mərhələ onun seçkiyə qatıla biləcək və ya elektorata onun əleyhinə təsir göstərə biləcək oppanentlərinın sıradan çıxarılması mərhələsidir. Bu istiqamətdə Nikol Paşinyan uzağa getməyərək yaxın vaxtlara qədər onun xaç atası adlandırılan, Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyandan başlayıb. O, Parlamentin iclasında elan edib ki, Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan hələ 2018-ci ilin yayında torpaqları Azərbaycana qaytarmağın vaxtı çatdığını bildirib. Sitat: "Mən ilk prezidentin 2018-ci ilin iyulunda nə dediyi haqqında bir sirri açıram. O dedi: “Torpaqları verməyin vaxtıdır”. Amma izah edə bilmədi ki, necə və nəyin əvəzində”. Bu Ter-Petrosyanın Baş Nazirin istefasını tələb edən müxalifət qüvvələrinə qoşulmasına Paşinyanın cavabı idi. Eyni zamanda qarşıdan gələn seçkilərdə ilk prezidentin aktiv fəaliyyətini məhdudlaşdırmaq cəhdi idi. Ter-Petrosyana qarşı belə “kompramata” malik olan Nikolda görün digər eks prezidentlər Robert Koçaryan və Serj Sarqsyan haqqında nələr var? Belə getsə, Nikol “açacaq sandığı, tökəcək pambığı”.


Oxunub: 356

Son xəbərlər

AzTV Arayikin müsahibəsini niyə vermədi? - Rəsmi açıqlama

Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək (VİDEO)

"Prius"un qiyməti kəskin ucuzlaşdı

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı - 7 il cəza almışdı

Pensiya və müavinətlər artırıla bilər - VİDEO

"Oğlumu bu vətənə qurban verdim, amma 31 ildir kimsə qapımı tanımır" - Cəbrayıllı şəhid atasının gözünün yaşı qəzəbə dönüşdü // VİDEO + FOTO

Bu gün "Qarabağ" 11-ci dəfə çempion ola bilər

İsrail xəstəxanadakı 200 nəfəri edam edib

Bu günə olan valyuta məzənnələri

Azərbaycan nefti bahalaşdı

Gəncədə dəfn ilə bağlı qeyri-adi inanclar - VİDEO

AMEA-nın professoru vəfat etdi

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib?

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Taksilərdə videokameralar quraşdırılacaq

Kanalizasiya suları Ceyranbatan su anbarına axıdılır?

Bakıda bu evlər bahalaşıb

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Kreml yeni oyuna başlayır: Hədəf Mərkəzi Asiyadır - ŞƏRH

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Tanınmış iş adamının faciəli şəkildə ölən oğlu məhkəməyə verildi

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir - VİDEO

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Quru sərhədləri Azərbaycan vətəndaşları üçün açılmalıdır - ÇAĞIRIŞ

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Bütün xəbərlər