"Sərhədsiz Reportyorlar"ın sərhəd tanımayan qərəzi - əsassız rəylər və...

Qərbin beynəlxalq təşkilatlarının Azərbaycanda söz azadlığı məsələsinə qeyri-adekvt yanaşmaları davam edir. Ölkəmiz növbəti dəfə bu indeks üzrə ərəb ölkələri ilə bir sıraya gətirilib, Ermənistandan isə 100 pillə geriyə salınıb. Belə ki, aprelin 20-də “Sərhədsiz Reportyorlar” təşkilatı dünya üzrə bir illik Mətbuat Azadlığı İndeksini dərc edib. Məruzə göstərir ki, 180 ölkədən 73-də jurnalistika tamamilə və ya xeyli çətinləşib, 59 ölkədə isə məhdudlaşdırılıb.

“İndeks” informasiya əldə etmək məhdudiyyətlərinin səviyyəsi və xəbərlərin işıqlandırılmasında maneələrlə müəyyən edilir. Araşdırma göstərir ki, dünyada, xüsusən Asiya və Yaxın Şərqdə, amma eyni zamanda Avropada da jurnalistlərin həssas mövzuları araşdırması və işıqlandırması getdikcə daha da çətinləşir", - deyə məruzədə bildirilir. Bir sıra Şərqi Avropa və Orta Asiya ölkələrində Allot və Sandvayn kimi transmilli korporasiyaların proqram təminatı vasitəsilə İnternetin atdığı addımı, internet azadlığının tamamilə bloklanması üzrə “eksperimentlər” keçirilib. Qafqazda bu, 2020-ci ilin payızında Dağlıq Qarabağda münaqişə zamanı Azərbaycanda (167-ci yer) baş verib. Qara siyahıya salınıb ölkəmiz yenə də. Azərbaycanın müharibə zamanı milli və hərbi təhlükəsizliyə görə atdığı addım onun əleyhinə qiymətləndirilib. Ölkəmiz yenə də qara siyahıya düşüb. Təəccüblü olan odur ki, Azərbaycanın qonşuları Ermənistan və Gürcüstan müvafiq olaraq 63-cü və 60-cı yerdədirlər. Yəni bizdən 100 pillədən çox öndədirlər.

Bu hesabatı dəyərləndirən media eksperti, professor Qulu Məhərrəmli də “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Azərbaycanı mətbuat azadlığı indeksində Çin, Misir və ya Afrika ölkələri ilə bir sırada qoymaq insafsızlıqdır: “Müharibə dövründə internetin məhdudlaşdırılmasını hökumət zəruri addım kimi atdı. Mən də hesab edirəm ki, Vətən müharibəsi dövründə internetin məhdudlaşdırılması doğru qərar idi. Lakin mətbuat azadlığının vəziyyəti ilə bağlı göstəricilərimizə mənfi təsir edib.

Bütövlükdə götürəndə, Azərbaycan Gürcüstandan bir neçə pillə geridə qalsa da, Mərkəzi Asiya ölkələrindən, bəzi MDB ölkələrindən sözsüz ki, irəlidədir. Söz və məlumat azadlığı göstəricilərindən ən mühüm olanı internetdir və bu gün Azərbaycanda internet azaddır. Doğrudur, müəyyən saytlar bloklana bilir, müəyyən təsir imkanları ola bilir, ancaq ifadə azadlığı üçün çox böyük imkanlar yaranıb. Azərbaycanda bu gün kifayət qədər saytlar yaranır, youtube kanalları bumu yaşanır, verilişlər gedir. Ənənəvi kanallardan fərqli olaraq youtube kanallarının auditoriyası daha genişdir. Bir çox saytlar, qəzetlər özlərinin internet televiziyasını, youtube kanallarını yaradıb. Bunların hamısı şübhəsiz ki, müsbət addımlardır".

Professor hesab edir ki, hazırda Azərbaycanda mətbuat azadlığı baxımından ən ciddi problem tam müstəqil olan qəzetlərin və informasiya agentliklərinin çox məhdud olmasıdır: “Ona görə də biz ilk növbədə ölkəmizdə azad mətbuatı formalaşdırmalıyıq. Azad media platformaları formalaşdırmalıyıq. Müharibə dövrü də göstərdi ki, xarici agentliklər yalnız azad olan media orqanlarına istinad edir, onların məlumatlarını çap edirlər. Ona görə də strateji hədəf kimi azad mətbuatı inkişaf etdirməyin qayğısına qalmalıyıq”.

"Sərhədsiz Reportyorlar" və digər bu kimi təşkilatların Azərbaycana qarşı qərəzli olması ilə bağlı iddialara gəlincə, Q. Məhərrəmli bildirdi ki, belə məqamlar var, lakin reallığı əks etdirən faktlar da var: “Təəssüf ki, onların hesabatlarında qərəzli məqamlar var. Əldə etdikləri məlumatları verən qurumlar bir çox hallarda qərəzli ola bilər. Ancaq ümumiyyətlə, o məlumatları bütövlükdə qərəzli hesab etmək olmaz. Çünki dediklərində həqiqət var. Azərbaycanda jurnalistlər məlumat mənbələrinə çox çətin çıxırlar, dövlət qurumları, hökumət nümayəndələri mediaya məlumat verməkdə çox həvəsli deyillər. Rəsmi şəxslər kameralar qarşısına çox az çıxır. O baxımdan jurnalistlərin problemləri var. Çalışmalıyıq ki, media saat mexanizmi kimi işləsin. Çünki Azərbaycan mətbuatının yaddaşında bu azadlıq var. 90-cı illərin ortalarında olan media azadlığı cəmiyyətə çox ciddi faydalar verirdi, ona görə də azad mətbuatı inkişaf etdirmək lazımdır”.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı da vurğuladı ki, "Sərhədsiz Reportyorlar" təşkilatı həmişə mətbuat və söz azadlığının qiymətləndirilməsi məsələsində Azərbaycana qarşı qərəz nümayiş etdirib: “Bu qərəz hər zaman Türkiyəyə qarşı da olub. Onların hesabatlarına baxsanız görərsiniz ki, həm Azərbaycanı, həm də Türkiyəni 100-cü pillədən aşağı salıblar. Hətta onlar söz, fikir, mətbuat azadlığına uyğun olmayacaq dərəcədə Avropa ölkələrinin birində Azərbaycana və Türkiyəyə qarşı heç bir ölçüyə sığmayan aksiyalar keçiriblər. Bu, siyasi münasibətdən doğan bir yanaşmadır, peşəkarlıqla o qədər də sıx bağlantısı yoxdur. Azərbaycanda ötən il Vətən savaşı vaxtında internet məhdudiyyətinin qoyulması ölkənin təhlükəsizliyi üçün gərəkli addım idi. Müharibə bitəndən sonra isə dərhal bərpa edildi və bu gün ölkənin ən ucqar yerlərində belə internet əlçatandır. Azərbaycan insanların özünüifadə azadlığı baxımından digər ölkələrdən heç də geridə qalmır. İnsanların sosial media hesabları var, o hesabdan istənilən informasiyanı əldə edir, ötürür. Ona görə bu cür qiymətləndirməni mən doğru hesab etmirəm. Digər bir faktor da budur ki, biz məsələlərə operativ yanaşmırıq. Neçə illərdir ki, biz ”Diffamasiya haqqında" qanunu qəbul edə bilmirik. Qanun layihəsi hazırlandı, parlamentdə müzakirə olundu, Avropa Şurası rəy verdi, ancaq qanun hələ də qəbul olunmayıb. Bu kimi məqamlar da onlarda qıcıq yaradır. Mən təşkilatın Azərbaycanı 167-ci yerə salmasını əsassız hesab edirəm. Qanunvericiliklə hər bir ölkənin mətbuatına, KİV-ə qoyulan məhdudiyyətlər Azərbaycanda da var. Bu da normal haldır".

A.Aşırlı bildirdi ki, ölkəmizlə bağlı qeyri-adekvat qiymətləndirmənin bir səbəbi də həmin beynəlxalq təşkilatların yerli portnyorlarının verdiyi əsassız informasiyalardır: ““Sərhədsiz Reportyorlar" təşkilatının yerli portnyorlarına baxsaq görərik ki, hansısa blogerdir və ya həbsdə olanlardan biridir. Həmin şəxslərin əsassız rəyləri də təsir edir. Bu narazı insanların jurnalistin peşə fəaliyyətinə heç bir aidiyyəti yoxdur. Dünyada jurnalistika standartlarına cavab verən mətbuat orqanlarımız var, gəlib onların rəyini alsınlar. Onların kimdən rəy alıb Azərbaycanla bağlı hesabat hazırladığını bilsək, o zaman mənzərə aydın görünər”.//“Yeni Müsavat”


Oxunub: 581

Son xəbərlər

AXCP-nin şöbə sədrinə narkotiklə bağlı cinayət işi açılıb

Qızıl və gümüş ucuzlaşdı

Rəqqasə Renka qəzaya uğradı - FOTO

Gürcüstanda LGBT təbliğatını qadağan edən qanun layihəsi hazırlanır

Ermənistan bankları Rusiyanın “Mir” kartlarının qəbulunu dayandırır

Bu günə olan valyuta məzənnələri

Sabahdan 7 günlük Novruz tətili başlayır

Mehriban Əliyevadan İlaxır çərşənbə ilə bağlı PAYLAŞIM

DYP sürücü və piyadalara müraciət etdi

Azərbaycanlı gənc ifaçı Varşavada klip çəkdirdi (VİDEO)

Tramp Putini Navalnının ölümündə əli olmaqda ittiham etdi

Türkiyədə fabrikdə partlayış - Ölənlər var

Zəngilan, Cəbrayıl və Qubadlıda sənaye zonaları yaradılacaq

PUTİNİN QƏLƏBƏSİNDƏN ÇIXARILA BİLƏCƏK 5 ƏSAS NƏTİCƏ - Rusiyanı nə gözləyir?

Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu

Makronsayağı Azərbaycanofobiya

“Gənclik” metrostansiyasının yanında yeni nəqliyyat mübadilə mərkəzi yaradıldı

Prezident Azərbaycan xalqını təbrik etdi

Naxçıvan Ali Məclisinə yeni hüquq verilir

Xankəndinin mərkəzi meydanına “Zəfər meydanı” adı verildi

Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar... - İFŞA

Abşeron-Xızı Regional təhsil İdarəsi ETN-ə TABE DEYİL? – Görünəni odur ki…

“Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək” layihəsinin icrasına başlanılıb

Sabah qısa iş günü olacaq - RƏSMİ

"Azərbaycanla sazişin imzalanması üçün səy göstəririk" - Mirzoyan

Özəl universitetlərdə tibb təhsili bərpa olunacaqmı? - VİDEO

Əməkdar artistin qardaşı: "Mədəniyyət naziri onunla maraqlanmadı, başsağlığı da vermədi"

Bayrama görə bölgələrə gedənlərin NƏZƏRİNƏ

Aİ Kosovo və Serbiyaya xəbərdarlıq etdi: Avrointeqrasiya təhlükə altındadır

Bəzi məmurların yazılmamış qanunlarla idarəçiliyi - VİDEO

Bütün xəbərlər