Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Abşeronda Ağsaqqallar Şurasının konfransı keçirildi

28-04-2021, 15:28

Abşeronda Ağsaqqallar Şurasının konfransı keçirildi

Bu gün Abşeron rayon Ağsaqqallar Şurasının konfransı keçirilib. Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində baş tutan konfransda Abşeron RİH başçısı İradə Gülməmmədova, Respublika Ağsaqqallar Şurası sədrinin müavini, millət vəkili Eldar İbrahimov və rayon ağsaqqalları iştirak edib. İştiraçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək xatirəsini ehtiramla yad ediblər.

Daha sonra İ.GülməmmədovaAzərbaycanın 44 günlük müharibədə düşmən üzərində qazandığı tarixi qələbədən danışıb. İcra başçısı bildirib ki, Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin uğurlu və uzaqgörən siyasəti, iradəsi və qətiyyətli qərarları sayəsində xalqımız düşmən üzərində tam qələbə qazanaraq öz dədə-baba torpaqlarına qovuşdu. Bununla da 30 illik vətən həsrətinə, düşmən işğalına son qoyuldu. Azərbaycanın igid oğlanlarının cəbhədə düşmənə ağır zərbələr vurduğunu söyləyən başçı düşmənin bundan sonra hələ uzun zaman özünə gələ bilməyəcəyini deyib.

Millət vəkili Eldar İbrahimov da əldə edilən qələbədən danışaraq Azərbaycanlıların Qarabağa böyük qayıdışının əsasının qoyulduğunu qeyd edib. Deputat vurğulayıb ki, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət sayəsində soydaşlarımız öz dədə-baba yurdlarına gözlənildiyindən daha tez qayıdacaqlar. Bu istiqamətdə surətli işlərin görüldüyünü, bütün lazimi tədbirlərin reallaşdırıldığını, zəruri addımların atıldığını önə çəkən millət vəkili əlavə edib ki, Azərbaycanın güclü iqtisadiyyatı mövcuddur və qarşıya qoyduğu bütün məqsədlərə çatmaq imkanına malikdir.

Çıxışlardan sonra Abşeron rayon Ağsaqqallar Şurasının yeni tərkibi səsvermə yolu ilə müəyyənləşdirilib. Şuranın əsasnaməsi qəbul edilib, İdarə Heyətinin, Təftiş Komissiyasının üzvləri və sədr seçilib.

Abşeron rayon Ağsaqqallar Şurasının sədri seçilən Nadir Ağayev göstərilən etimada görə təşəkkür edərək qarşıda duran vəzifələrdən danışıb. N.Ağayev qeyd edib ki, rayon ağsaqqalları respublikamızın əldə etdiyi qələbənin, naliyyətlərin, torpaqlarımızın işğaldan azad olunmasının geniş təbliğ olunmasında iştirtak etməli və bu istiqamətdə əllərindən gələni əsirgəməməlidirlər.

Sonda xatirə şəkili çəkilib.
Abşeronda Ağsaqqallar Şurasının konfransı keçirildi
Abşeronda Ağsaqqallar Şurasının konfransı keçirildi
Abşeronda Ağsaqqallar Şurasının konfransı keçirildi
Abşeronda Ağsaqqallar Şurasının konfransı keçirildi
Abşeronda Ağsaqqallar Şurasının konfransı keçirildi
Abşeronda Ağsaqqallar Şurasının konfransı keçirildi
Abşeronda Ağsaqqallar Şurasının konfransı keçirildi






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Telegram Facebook Twitter Youtube Instagram