Deputatın şirkəti narazılıq yaratsa da... - İTTİHAM

DogruXeber.az: - Sözün düzü, eyni mövzuya təkrar-təkrar qayıtmaq yazar olaraq bizim üçün də maraqlı deyil. Amma nə etməli ki, yazdıqlarımızın nəticəsi ortada olanadək yazmağa məcburuq. Axı, sözü havaya atmırıq e, nəticə üçün yazırıq. Amma təəssüf ki, ortada hələ nəticə yoxdur.
Axı, nə qədər yazmaq olar ki, deputatların sahibkarlıq, biznes fəaliyyəti qanunla qadağandır.
30 ildir bunu Azərbaycanda həyata keçirmək olmur. Parlamentimizdə oturub biznes fəaliyyəti ilə məşğul olanlardan biri də Yasamaldan deputat olan Elnur Allahverdiyevdir.
Elnur Allahverdiyev müsahibələrində qeyd edir ki, jurnalistlər mənə qarşı qərəzlidir.
Cənab deputat !
Sənə qarşı hansı qərəzdən danışırsan ?
Sən Azərbaycan qanunlarına hörmət qoymursan, deputat ola-ola böyük bizneslə məşğulsan.
Bunu yazmaq sənə qarşı qərəzdirmi ?
Yaxud sən 2014-2019-cu illərdə Sloveniya dövlətinin Azərbaycanda Fəxri Konsulu olmusan.
Başa düşürsənmi, söhbət nədən gedir ? Sən Azərbaycanın deyil e, Sloveniya dövlətinin konsulusan, yəni o dövlətin qarşısında konkret öhdəliyin var. İndi başa düşdünmü ? Sən necə deputat ola bilərdin ? Sənin deputat mandatın ləğv olunmalıdır.
Bunları yazmaq nə vaxtdan qərəz olub axı ?
Deyirsən, jurnalistlər peşəkar deyil. Sən nə vaxtdan peşəkar olmusan, cənab Allahverdiyev. Sən ABU-nu güc-bəla ilə bitirmisən. Sənmi peşəkarsan ?
Bütün bunları bir kənara qoyaq. Keçək sənin yarıtmaz biznes fəaliyyətinə.
2001-ci ildən 2020-ci ilə qədər, düz 20 il “ABC-Telecom” MMC-nin Baş direktoru olmusan.
Sən kim idin 21 yaşında bu şirkətə rəhbərlik edəsən.
Bəli, keçmiş prezident Ayaz Mütəllibovun yanında olub Heydər Əliyevə qarşı təbliğat aparan atanız Marat Allahverdiyevin sayəsində sizə bu boyda şirkəti hədiyyə etdilər.
Cəmiyyətimiz bütün bunları əla bilir.
Böyük şairimiz Bəxtiyar Vahabzadənin oğlu, uzun illər səfir kimi çalışmış İsfəndiyar Vahabzadə sizin ermənilərlə qohumluq əlaqələrinizi telekanalda birbaşa xalqa car çəkdi. Verin də onu məhkəməyə. Niyə vermirsiniz ?
20 il baş direktoru olduğunuz “ABC-Telecom” MMC Azercell-in distübütörü olan 3 monopolist şirkətdən biridir.
Monopolist olmağın bir qanunsuzluq, digər tərəfdən sizlər uzun illərdir Azərbaycan xalqının cibinə girirsiniz.
İndi isə sizə məxsus olan Kontakt Home şirkətinin əməllərindən bəhs edək.
Sizə məxsus “Kontakt Home” böyük mağazalar şəbəkəsidir. Məişət texnikası və mebel bazarında daha çox istehlak kreditləri portfeli olan şirkətlərdən biridir.
Bəlkə bu şirkət də sizə məxsus deyil ?
Deyirsiniz ki, deputat seçilən kimi sahibkarlıq fəaliyyətimi dayandırdım. Bu nağılları kimə danışırsan, cənab deputat ?
Bu şirkətin müştəriləri qədər şikayət edən ikinci bir şirkət yoxdur.
Bircə fakta nəzər salaq.
Müştəriniz yazır ki, Kontakt Home mağazasından 2772 manata mobil telefon almışam, 330 manatda qızıl zəmanət dedikləri pul ödəmişəm. Telefonda xırda problem yaranıb apardım ustaya dedi 15 dəq düzəldib verərik, birdən ağlıma gəldiki mən bunun qarantiyasına 330 azn ödəmişəm Kontakt Home servisi də elə evimizin altında , aparım bunlar etsin. Gəlmişəm Kontakt Home servisinə mənə deyir 14 iş günü ərzində düzəldib təhvil verəciyik. Başınıza dəysin müştəriyə xidmətiniz. Qarantiyanı ləğv edin o pulun 20% dəyərini ustaya verəcəm düzəldəcək 15 dəqiqəyə”.
Cənab deputat !
Şirkətinizin müştərisi deyir ki, “Başınıza dəysin xidmətiniz “.
Bundan artıq deputata, şirkət sahibinə nə deyərlər ?
Digər daha ciddi qanun pozuntuları.
“Kontakt” mağazalar şəbəkəsindəki kassa aparatlarına gündəlik kredit ödənişlərinin cəmi 15 faizi vurulur, həmçinin vətəndaşlarla bağlanılan müqavilələrin cəmi 15 faizi rəsmi olaraq mühasibatlıqda qeydiyyatdan keçir: “Kontakt” mağazalar şəbəkəsinin Bakı şəhərində 42 mağazası fəaliyyət göstərir. Mağazalar şəbəkəsinin gündəlik dövriyyəsinin 230 min manata yaxın olduğu bildirilir. Satışın demək olar ki, 90 faizi kredit vasitəsi ilə həyata keçirilir. Kreditlə satılan malların üstünə isə dəyərindən 2 dəfə artıq qiymət qoyulur. Yəni faktiki olaraq “Kontakt Home” mağazalar şəbəkəsi çəkdiyi xərcin 100 faizi, bəzən daha çox gəlir əldə edir. Bundan başqa alıcılarla həyata keçirilən alış-veriş barədə kredit müqaviləsi birbaşa “Kontakt” mağazalar şəbəkəsi ilə bağlanılır ki, bu da mövcud qanunvericiliyə ziddir. Çünki ölkə qanunvericiliyinə görə kreditləri ancaq banklar və bank olmayan kredit təşkilatları verə bilər. Bu halda “Kontakt” mağazalar şəbəkəsinin alıcılarla olan müqaviləsi də heç bir hüquqi status daşımır.
Deməli, 100 minlərlə vergidən yayınma var.
Daha nələrdən bəhs edək ki, cənab deputat problemləri başa düşsün.
Cənab deputat son açıqlamasında deyir:
“Qarayaxmalara görə təəssüf hissi keçirirəm. Fəaliyyətimə kölgə salmaq istəyirlər”.
Deyəsən cənab deputat bizim yazdıqlarımızı başa düşmək qabiliyyətində deyil. //gundelik-baku.com//


Oxunub: 746

Son xəbərlər

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib?

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Taksilərdə videokameralar quraşdırılacaq

Kanalizasiya suları Ceyranbatan su anbarına axıdılır?

Bakıda bu evlər bahalaşıb

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Kreml yeni oyuna başlayır: Hədəf Mərkəzi Asiyadır - ŞƏRH

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Tanınmış iş adamının faciəli şəkildə ölən oğlu məhkəməyə verildi

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir - VİDEO

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Quru sərhədləri Azərbaycan vətəndaşları üçün açılmalıdır - ÇAĞIRIŞ

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Bakıda 17, bölgələrdə 20 dərəcə isti olacaq - HAVA PROQNOZU

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Yalnız bu üç növ silah Ukrayna müharibəsinin gedişatını dəyişə bilər - "The Telegraph"

Dollara tələbin artmasının səbəbləri açıqladı

Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşdü

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər - VİDEO

Məktəbdə nöqsan aşkarlandı, direktor işdən çıxarıldı

Mərkəzi Bank uçot dərəcəsini azaltdı

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir - SİYAHI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Bu günə olan valyuta məzənnələri

Bütün xəbərlər