gundem / sosial / bolge
24.05.2021, 13:39
Fizuli rayon polis bölməsində özbaşnalıq - VİDEO
Xəbərekspress.az saytına bu dəfəki şikayət Fizuli rayon Alxanlı kənd sakini Babayeva Pərvanə Xanoğlan qızı tərəfindən gəldi.
Pərvanə xanımın mikrafonumuza bildirdiyi məlumata görə Füzuli RPŞ- nin inspektoru, polis baş serjantı Əhmədov Vüqar Saməddin oğlu onun 12.000 (on iki min) manat pulunu alaraq qaytaracam söyləyib, amma qaytarmayıb. Mənimsəyib.
Pərvanə xanımın söylədiklərinə görə övladı ağır xəstədir.
Şikayətçi Pərvanə xanım Fizuli polis söbəsinə gedərək, ərzə formasında şikayətini bildirib.
Vüqar müəllim isə açıq-aşkar Pərvanə xanıma söyləyib ki: - "mənim arxamda Fizuli rayon polis idarəsinin rəisi İsa müəllim dayanıb. Get əlindən gələni elə."
Lakin, İsa müəllimlə danışdıqdan sonra Vüqar müəllimin dediklərinin əsassız olduğunun şahidi olduq və Vüqar Əhmədovun töhmət aldığını öyrəndik. Şikayətçi Pərvanə xanımın söylədiklərini sizə təqdim edirik və şərhi sizə buraxırıq.
Ümid edirik ki, Fizuli rayon polis idarəsinin rəisi İsa müəllim bu problemi aradan qaldıracaq ve lazımi tədibiri görəcək.