Azərbaycan regionda yeni reallıq yaradaraq dünyanın siyasi xəritəsində öz status və rolunu artırmışdır

Azərbaycan regionda yeni reallıq yaradaraq dünyanın siyasi xəritəsində öz status və rolunu artırmışdır

Azərbaycan mühüm geoiqtisadi məkandır və bunun aktuallığı təkcə zəngin neft və qaz ehtiyatlarının olmasında, respublikamızdan keçən nəqliyyat xətlərinin, mühüm boru kəmərlərinin mövcudluğu və perspektivdə yeni boru kəmərlərinin deyil, həm də müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı ilə qazandığımız qələbə nəticəsində Şərqi Avropa ölkələri ilə sıx iqtisadi əlaqələr qurulmasına imkan yaradacaq Zəngəzur dəhlizinin açılması ilə şərtlənmişdir. Bu, dünyada təhlükəsizlik arxitekturasının formalaşmasında Azərbaycanın iştirakı üçün təməl yaradır.
Göründüyü kimi, Azərbaycanın geostrateji mövqeyi, neft və qaz ehtiyatları onu dünyada gedən geostrateji proseslərə böyük təsir potensialı olan dövlətə çevirib. Azərbaycanın milli mənafelərin təmin olunması üçün beynəlxalq əməkdaşlığın bütün imkanlarından istifadə edilməsinə yönəldilmiş fəal xarici siyasət yürütmək xətti getdikcə daha çox səmərə verməkdə, ölkəmizin dünya səviyyəsində əhəmiyyətini artırmaqda və həlledici söz sahiblərindən biri kimi mövqelərini gücləndirməkdədir. Və bütün bunlar ölkəmizin başçısı, cənab Prezidentimi İlham Əliyevin yorulmaz fəaliyyətinin nəticəsində mümkün olmuşdur.

Qinyaz Nağıyev – fəal gənc, Dəli Quşçu kənd sakini



Azərbaycan yüksək beynəlxalq nüfuza malikdir

Azərbaycan nəinki Cənubi Qafqazda, bütövlükdə MDB və Avropa məkanında çox az sayda dövlətlərdən biridir ki, ABŞ, Rusiya, İran, İsrail kimi maraqları toqquşan dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmətə, praktik əməkdaşlığa əsaslanan münasibətlər qurmağa nail olmuşdur.
Azərbaycanın həyata keçirdiyi dəyər tutumlu və məqsədyönlü xarici siyasət, sözün tam mənasında, postsovet məkanı dövlətləri üçün model ola bilər. Çünki bu kurs milli maraqların, Azərbaycan dövlətinin maraqlarının maksimal təminatına yönəlmişdir və müasir beynəlxalq münasibətlərdə mövcud çağırış və təhdidlərə adekvat reaksiya kimi özünü uğurla doğruldur. Azərbaycanın həyata keçirilməkdə olan milli və dövlət maraqları ümumi inkişaf və tərəqqi, xalqın maddi rifahının yüksəldilməsi, eyni zamanda, Azərbaycanın dünyada mövqelərinin möhkəmləndirilməsi deməkdir. Azərbaycan üçün digər önəmli məqam isə mövcud olduğu regionun inkişafının hərəkətverici qüvvəsinə çevrilməklə burada artıq tamamilə fərqli bir geosiyasi mənzərənin formalaşmasına yol açmasıdır. Xüsusən də reallaşması bilavasitə Azərbaycanın iştirakından asılı olan transregional layihələr dünya miqyasında Cənubi Qafqaza diqqətin artması ilə yanaşı, onun geosiyasi əhəmiyyətini artırmaqda, iqtisadi inkişafını sürətləndirməkdədir.
Cənab prezidentimiz İlham Əliyevin səyləri sayəsində təkcə ölkəmiz deyil Cənubi Qafqaz da dünyanın siyasi, iqtisadi, o cümlədən enerji xəritəsində tutduğu mövqeyini xeyli dərəcədə gücləndirəcək, regionda təhlükəsizliyin və sabitliyin təminatına çevriləcəkdir.

Şəhla Eminova – 1 saylı məktəb-liseyin direktor müavini

ABŞ Prezidentinin təbrik məktubu ölkələr
arasında etibarlı münasibətlərin inkişafının göstəricisidir

Dünya siyasətində tutduğu mövqedən asılı olmayaraq, Cənubi Qafqazda marağı olan və bu regionda yerləşən ölkələrlə perspektivli əməkdaşlıq qurmaq istəyən xarici dövlətlərin ilk növbədə Azərbaycanla qarşılıqlı maraqlar əsasında münasibətlər yaratması ölkəmizin artıq beynəlxalq arenada əsas tərəfdaş kimi qəbul olunmasının sübutudur. Çünki Azərbaycan regionun şəksiz lideri kimi çıxış edir və burada reallaşdırılan hər hansı böyük layihə onun iştirakı olmadan mümkünsüzdür. Geosiyasi əhəmiyyətinə görə Azərbaycan Şərq və Qərb arasında körpü hesab olunur. Bütün bunların fonunda respublikamız öz milli maraqlarının qorunması şərtilə xarici əlaqələrini uğurla inkişaf etdirməkdədir ki, onun da nəticəsində beynəlxalq aləmdə ölkəmiz artıq söz sahiblərindən birinə çevrilməkdədir. İndi ABŞ-ın regionda uğur qazanması əsasən onun Yerevanla Bakı arasındakı barışığa necə yanaşmasından asılı olacaq. Bölgədə hərbi əməliyyatlar başa çatıb. Odur ki, Vaşinqtonun bu regionla bağlı, nəhayət, ardıcıl siyasət yürütməsinin vaxtıdır. Bu siyasətin təməlində isə Ermənistan-Azərbaycan münaqişəsinin birdəfəlik həlli, regional iqtisadi inteqrasiya durmalıdır.
ABŞ-Azərbaycan münasibətləri durmadan inkişaf edir. Dünyanın güc lideri kimi tanınan ABŞ-ın Azərbaycanın həyata keçirdiyi böyük layihələri dəstəkləməsi də bu inkişafı tərənnüm edir.

Rafiq Məmmədov – Zərdab şəhər sakini, təqaüdçü

Azərbaycanla ABŞ arasında enerji sahəsində davam edən məhsuldar əməkdaşlıq uğurlu tarixçəyə malikdir

Azərbaycan Respublikası və ABŞ arasında diplomatik əlaqələr 1992-ci ilin 28 fevral tarixində qurulmuşdur. Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyi 1992-ci ilin martında, ABŞ-ın Azərbaycandakı Səfirliyi isə 1992-ci ilin noyabr ayında açılmışdır. Azərbaycan Respublikası 1992-ci ildə yenidən müstəqillik əldə etdikdən sonra Amerika Birləşmiş Ştatları ilə əlaqələr 1992-ci ildə yaradılmışdır. Hazırda, ABŞ-ın Azərbaycanda bir səfirliyi, Azərbaycanın isə ABŞ-da bir səfirliyi və bir konsulluğu fəaliyyət göstərir.
Azərbaycanla ABŞ arasında enerji sahəsində davam edən məhsuldar əməkdaşlıq uğurlu tarixçəyə malikdir. Belə ki, 1994-cü ildə Xəzər hövzəsinin Azərbaycan sektorunda Azəri – Çıraq – Günəşli yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi üzrə “Əsrin müqaviləsi”ndə ABŞ şirkətləri yer almış, habelə həmin zamandan bəri ABŞ tərəfi Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən əsas ixrac neft və qaz kəmərlərinin tikintisinə fəal dəstək olmuşdur. 2017-ci il 14 sentyabr tarixində Azərbaycan və onun beynəlxalq enerji tərəfdaşları arasında Azəri, Çıraq və Günəşli yatağının dərinsulu hissəsinin birgə işlənməsinin 2050-ci ilədək uzadılmasına dair yenilənmiş Hasilatın Pay Bölgüsü sazişində də ABŞ-ın Şevron və Ekson şirkətləri yer almışdır.
ABŞ, həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsini, xüsusilə Cənub Qaz Dəhlizinin ərsəyə gəlməsini dəstəkləyir. ABŞ Cənub Qaz Dəhlizi layihəsinin tamamlanması üçün Azərbaycan və onun beynəlxalq tərəfdaşlarının səylərini, ümumiyyətlə ölkəmizin həyata keçirdiyi böyük layihələri dəstəkləyir. Bu fikirlər ABŞ Prezidentinin 28 may – Respublika Günü münasibətilə cənab Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda da öz əksini tapmışdır.

Səbuhi Kərimov-YAP Zərdab rayon təşkilatının aparat rəhbəri

Şərq xalqları arasında Azərbaycan xalqı ən
demokratik, hüquqsevər, humanist bir xalqdır

Dünyanın nüfuzlu dövlətlərinin yüksək rütbəli rəsmilərinin və beynəlxalq aləmdə tanınmış, məşhur şəxslərin dilindən dövlətimizin qüdrəti, onun bölgədəki rolu haqda səslənən fikirlər hər birimizdə fəxarət hissi yaradır. Bəli, bu reallıqdır və dünya Azərbaycan reallıqlarını qəbul edir. Burada ikitərəfli və çoxtərəfli münasibətlər ən vacib şərtlərdəndir. Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərini düzgün müəyyənləşdirməsi, dünyanın ayrı-ayrı dövlətləri ilə yaratdığı əlaqələrin, beynəlxalq təşkilatlarla, bu qurumlara üzv olan dövlətlərlə əməkdaşlığın uğurlu nəticələri ölkəmizi dünya birliyi müstəvisində söz və nüfuz sahibi edib. Daxili və xarici siyasətin bütün məqamlarının zərgər dəqiqliyi ilə həyata keçirilməsi dövlətçiliyimizin möhkəmlənməsinə, cəmiyyətin demokratik dəyərlərlə idarə olunmasına, xalqın sosial həyat səviyyəsinin yüksəlməsinə, bir sözlə, hüquqi, demokratik dövlət quruculuğuna xidmət edir.
Şərq xalqları arasında Azərbaycan xalqı ən demokratik, hüquqsevər, humanist bir xalqdır. Bu gün də Respublika Gününün keçirilməsi Azərbaycan vətəndaşlarının tarixi unutmadığını və öz ənənələrini daimi olaraq yaşatdığını təsdiq edir. Biz Ulu Öndərimiz Heydər Əliyevin bizə qoyub getdiyi mirası qoruyub saxlamalı və bu yolda daim birgə addımlamalıyıq. Məhz bu müstəqilliyimiz bu gün də qorunub saxlanılır, bu da Azərbaycanın dövlətçilik ənənələrinin indi də yaşadığının göstəricisidir. Belə bir günün bu gün də qeyd olunması Azərbaycan tarixinə verilən dəyərdir. Bu onu göstərir ki, Azərbaycanın qədim dövlətçilik və idarəçilik tarixi vardır.
2020-ci ilin dünya ölkələri üçün çətin və mürəkkəb olmasına baxmayaraq, Azərbaycanın tarixinə silinməz izlərlə həkk olundu. 27 sentyabr tarixindən başlanan 44 günlük Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, mədəni-tarixi abidələrinin dağıdılmasına, milli-mənəvi dəyərlərimizin məhvinə, zəngin təbii ehtiyatlarımızın qanunsuz talanına və azərbaycanlıların öz torpaqlarından didərgin düşməsinə səbəb olan Ermənistanın işğalçılıq siyasətinə ağır zərbə vurulması ilə nəticələndi. Azərbaycan tarixi qələbə qazandı. Bu qələbə ilə itirilmiş milli-mənəvi dəyərlərimizə və tarixi-dini abidələrimizə bir daha sahib çıxdıq.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

Azərbaycan yüksək beynəlxalq nüfuza malikdir, dünyada dialoq və əməkdaşlıq məkanı kimi xarakterizə edilir

Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən praqmatik, xalqımızın ali mənafeyinə söykənən siyasət nəticəsində Azərbaycan yüksək inkişaf göstəricilərinə nail olub. Azərbaycanın əldə etdiyi uğurlar dünyanın diqqət mərkəzindədir. Azərbaycan yüksək beynəlxalq nüfuza malikdir, dünyada dialoq və əməkdaşlıq məkanı kimi xarakterizə edilir. Dövlətimizin başçısının təşəbbüsü və dəstəyi hesabına başa gələn böyük iqtisadi və nəqliyyat layihələri dünya dövlətləri üçün böyük əhəmiyyət kəsb etməklə, regionun inkişafına layiqli töfhələr verir. Həyata keçirilən siyasət sayəsində Azərbaycanın paytaxtı Bakı şəhəri ən mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir. “Eurovision”, müasir dünyanın xüsusi diqqət yönəltdiyi dialoq və sülh naminə beynəlxalq forumlar, mühüm idman yarışları məhz ölkəmizdə keçirilir. 2015-ci ildə ilk dəfə keçirilən Avropa Oyunlarının təşkil olunması hüququnun məhz Azərbaycana verilməsi ölkəmizdə idman və mədəniyyət tarixində mühüm hadisəyə çevrildi. Eyni zamanda, İslam Həmrəyliyi Oyunları, Dünya və Avropa Çempionatları, Formula 1 yarışları və bu qəbildən olan digər mühüm tədbirlərin ölkəmizdə yüksək səviyyədə keçirilməsi Azərbaycanın potensialını və qüdrətini göstərir, respublikamızın beynəlxalq aləmdə böyük etimad qazandığını nümayiş etdirir. Şübhəsiz ki, ölkəmizin iqtisadi inkişafı, müasir infrastruktura malik, ən əsası, təhlükəsizliyin təmin olunduğu sabit ölkə olması belə tədbirlərin Azərbaycanda keçirilməsinə dair qərarların qəbul edilməsində həlledici rol oynayır.

Nailə Əliyeva-Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

Ötən illərin möhkəm bünövrəsi üzərində qarşıdakı illərin hədəfləri gerçəkləşdirilir

28 may 1918-ci il xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunduğu bir tarixdir. Azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı ötən əsrin əvvəllərində arzusuna qovuşdu. Bununla da Şərqdə ilk dəfə azad, demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil bir respublikanın yarandığı dünyaya bəyan edildi. Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxıb. 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin, bir sıra görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları da xalqımızın yaddaşına əbədi həkk olunub.
Prezident İlham Əliyevin Sərəncamı əsasında Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılması çətin şəraitdə demokratik dövlət qurmağa cəhd edən, fədakarlıq göstərənlərə hörmət və ehtiramın ifadəsidir.
Dövlətimizin başçısı İlham Əliyev 2003-cü ildən başlanan yolun mahiyyətini ətraflı şəkildə təhlil edərək o dövrü istər ictimai-siyasi sabitliyin qorunması, istər dayanıqlı iqtisadi inkişafın təmin olunması, istərsə də ordu quruculuğu və beynəlxalq münasibətlər sistemində mövqelərimizin möhkəmləndirilməsi baxımından hazırlıq dövrü kimi xaraterizə etmişdir. Məhz bu uğurlar Azərbaycanın tarixi Qələbəsinə yol açdı və postmüharibə dövrü üçün görüləcək işlər üçün təməl rolunu oynadı. Ən başlıcası isə 44 günlük İkinci Vətən müharibəsində şanlı Qələbə qazanıldı.
Bu gün işğaldan azad edilmiş torpaqlarda bərpa və quruculuq işlərini həyata keçirmək, sodaşlarımızın Böyük Qayıdışını təmin etmək üçün bütün imkanlarımız mövcuddur.
Ötən illərin möhkəm bünövrəsi üzərində qarşıdakı illərin hədəfləri gerçəkləşdirilir. Reallıq budur ki, dövlətimizin başçısı İlham Əliyev ölkənin innovasiya texnologiyaları əsasında ümumi modernləşdirilməsinə yönəlmiş dövlət idarəçilik sistemini reallaşdırdı. Bu mənada Azərbaycanın inkişaf modeli nümunə göstərilir. İqtisadi və siyasi islahatların vəhdətliyinin qorunması fonunda Azərbaycanın hərtərəfli inkişafına yönələn kompleks tədbirlər həyata keçirilir. Aparılan kompleks islahatlar ölkəmizə dünyada ən islahatçı ölkə imicini qazandırıb. Son günlər beynəlxalq maliyyə qurumlarının hesabatlarına diqqət yetirmək kifayətdir. Aparıcı iqtisadi-maliyyə institutları və reytinq mərkəzləri Azərbaycandakı sistemli iqtisadi siyasəti, islahatları yüksək qiymətləndirirlər.
Respublika Günü münasibətilə Prezident İlham Əliyevə ünvanlanan təbrik məktubları göstərir ki, Azərbaycan dünya birliyinin ən etibarlı tərəfdaşı, qlobal layihələrin təşəbbüskarı, dünyada sabitliyin bərqərar olunması üçün təcrübəsi öyrənilən tolerant ölkədir. Dövlətimizin başçısı isə qətiyyətli mövqeyi, nəyi nə zaman etmək lazım olduğunu bilmək bacarığı ilə beynəlxalq arenada böyük hörmət və nüfuz sahibidir

Rəmzi Şirinov-YAP Zərdab rayon təşkilatının Gənclər Birliyinin sədri



Azərbaycan yüksək beynəlxalq nüfuza malikdir

Müasir dövrdə beynəlxalq münasibətlər sistemi olduqca mürəkkəb xarakterə malikdir. Hazırkı şəraitdə milli dövlətlərin dünya siyasətində yeri və rolu həyata keçirilən xarici siyasətin səmərəliliyindən asılıdır. Bir sözlə, milli dövlətlərin inkişafını və beynəlxalq müstəvidə layiqli yer tutmasını təmin edən çoxsaylı strateji faktorlardan biri həyata keçirilən daxili və xarici siyasətin müasir çağırışlara, milli maraqlara uyğun olmasıdır.
Cənubi Qafqazın lider dövləti olan Azərbaycan yüksək beynəlxalq nüfuza malikdir. Сənab Prezidentimizin qeyd etdiyi kimi: “Azərbaycan bu gün dünya miqyasında çox böyük hörmətə layiq olan ölkə kimi tanınır”. Bizim beynəlxalq nüfuzumuz artır. Bu gün beynəlxalq birliyin ən fəal üzvlərindən birinə çevrilən Azərbaycan regionda və dünyada mehriban qonşuluq siyasəti yürüdür, böyük dövlətlərlə, nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığı daha da möhkəmləndirir. Etiraf etmək lazımdır ki, ABŞ planetimizin əsas güc mərkəzlərindən biridir və yeni dünya düzəninin qurulmasında bu ölkənin kifayət qədər böyük rolu var. Bu mənada Azərbaycanla ABŞ arasındakı münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Ölkələr arasındakı münasibətlərin inkişafı yeni perspektivlər üçün yol açır.

Cavid Nuriyev – fəal gənc



Azərbaycan beynəlxalq aləmdə sarsılmaz mövqe və nüfuz sahibidir

Hər bir dövlətin dünya düzənindəki yeri və rolu ilk növbədə onun xarici siyasətini səciyyələndirən amillər, beynəlxalq və regional qurumlardakı fəaliyyəti, habelə demokratik dəyərlərə münasibəti ilə bağlıdır. Müstəqil xarici siyasət kursuna malik olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş, güclü və nüfuzlu faktor kimi tanınır.
Cənubi Qafqaz geosiyasi məkanında aparıcı dövlət kimi çıxış edən ölkəmiz ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən uğurlu xarici siyasət strategiyası nəticəsində həm ikitərəfli münasibətlər, həm də çoxşaxəli əlaqələr fonunda yerləşdiyi regionun geostrateji təhlükəsizliyinə əsaslı töhfələr verir, regional miqyaslı, qlobal xarakterli əməkdaşlıq platformasının mərkəzi oyunçusu rolunu oynayır. Heç bir dövlətdən və beynəlxalq qurumdan asılı olmayan Azərbaycan artıq bu gün regional mövqeyindən beynəlxalq strateji tərəfdaşa çevrilməkdədir.
Gələcəyini düşünən hər bir vətəndaş üçün cənab İlham Əliyev kimi bir Prezidentinin olması böyük xoşbəxtlikdir. Prezidentimiz gələcəklə bağlı dəqiq mesajlar verir və bildirir ki, 30 illik işğala, azad olunmuş ərazilərdə kütləvi dağıntılara baxmayaraq, Azərbaycan gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır. Bütün bunlar isə kommunikasiyaların və yeni nəqliyyat dəhlizlərinin açılmasına bağlıdır. Zəngəzur dəhlizinin açılması yalnız Ermənistan və Azərbaycan üçün deyil, bütövlükdə region ölkələri üçün yeni imkanlar yaradacaqdır.

Mirsahib Xəlilov – Zərdab şəhər sakini, ağsaqqal

Azərbaycan yüksək beynəlxalq nüfuza malikdir

Cənubi Qafqazın lider dövləti olan Azərbaycan yüksək beynəlxalq nüfuza malikdir. Dövlətimizin başçısının qeyd etdiyi kimi: “Azərbaycan bu gün dünya miqyasında çox böyük hörmətə layiq olan ölkə kimi tanınır. Bizim beynəlxalq nüfuzumuz artır”. Respublika Günü münasibətilə ümumilikdə 60-dan artıq ölkə rəhbəri tərəfindən yazılmış təbrik məktubları Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunun və genişlənən əməkdaşlığının göstəricisidir. Bu gün beynəlxalq birliyin ən fəal üzvlərindən birinə çevrilən Azərbaycan regionda və dünyada mehriban qonşuluq siyasəti yürüdür, böyük dövlətlərlə, nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığı daha da möhkəmləndirir.
Dünyanın nüfuzlu dövlətlərinin yüksək rütbəli rəsmilərinin və beynəlxalq aləmdə tanınmış, məşhur şəxslərin dilindən dövlətimizin qüdrəti, onun bölgədəki rolu haqda səslənən fikirlər isə hər birimizdə fəxarət hissi yaradır. Bəli, bu reallıqdır və dünya Azərbaycan reallıqlarını qəbul edir.
Biz Ulu Öndərimiz Heydər Əliyevin bizə qoyub getdiyi mirası qoruyub saxlamalı və bu yolda daim birgə addımlamalıyıq. Məhz bu müstəqilliyimiz bu gün də qorunub saxlanılır, bu da Azərbaycanın dövlətçilik ənənələrinin indi də yaşadığının göstəricisidir. Belə bir günün bu gün də qeyd olunması Azərbaycan tarixinə verilən dəyərdir.

Kərim Umudov – Çallı kənd sakini, ağsaqqal



Ağ Ev Administrasiyası Azərbaycanın enerji layihələrini dəstəkləyir və bu layihələrin inkişafında maraqlıdır

“Əsrin müqaviləsi”nin imzalanması ilə ümummilli lider Heydər Əliyevin neft strategiyasının əsası qoyulmuş, bununla da Azərbaycan enerji tədarükçüsünə çevrilmişdir. Azərbaycanın bölgədə sabitlik və inkişaf üçün mühüm əhəmiyyət daşıyan enerji sahəsində bütün təşəbbüsləri həmişə ABŞ-ın ardıcıl dəstəyi ilə təmin olunub. “Cənub Qaz Dəhlizi”nin məqsədi “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi, bu zaman hasil ediləcək təbii qazın genişləndirilmiş Cənubi Qafqaz Qaz Boru Kəməri, TANAP və TAP vasitəsilə ilkin olaraq Türkiyəyə və Cənubi Avropaya ixracını təmin etməkdir.
Azərbaycanın qaz ölkəsi kimi inkişafı da enerji siyasətinin prioritet istiqamətlərindəndir. Son zamanlar dünyada baş verən COVID-19 pandemiyası, həmçinin Ermənistan tərəfindən Azərbaycana edilən hücumlar və 44 günlük Vətən müharibəsi “Cənub qaz dəhlizi”nin yekunlaşmasına mane ola bilmədi. Beləliklə, Avropanın enerji bazarını şaxələndirəcək və onun enerji təhlükəsizliyini gücləndirəcək yeni enerji təchizatı layihəsi uğurla tamamlandı. Bu, ölkəmiz üçün də xüsusi əhəmiyyətli hadisədir. Çünki Azərbaycan artıq Avropa bazarı üçün təbii qaz ixracatçısıdır və regionlararası iqtisadi əməkdaşlığa, enerji mənbələri və marşrutlarının şaxələndirilməsinə öz sanballı töhfəsini verir.

Abuzər Xəlilov – Şəftəhal kənd sakini, ağsaqqal



Azərbaycan regionda yeni reallıq yaradaraq dünyanın siyasi xəritəsində öz status və rolunu artırmışdır

44 günlük Vətən müharibəsi Azərbaycanın gücünü və iradəsini bütün dünya ölkələrinə göstərdi. Bundan sonra artıq Azərbaycan dünya arenasında fərqli mövqedən tanınmağa başladı. Azərbaycan dünyanın siyasi xəritəsində öz status və rolunu artırmağı bacardı.
Qarabağ müharibəsindən sonra Azərbaycan bir sıra ölkələrlə əməkdaşlıq etməyə başladı. Bu əməkdaşlıq münasibətləri digər dövlətləri də cəlb etməyə başlayıb. Artıq Azərbaycanla əməkdaşlıq münasibətləri qurmaq uğrunda xarici dövlətlər arasında sözün əsl mənasında rəqabət gedir.
Azərbaycanın əməkdaşlıq etdiyi əsas ölkələr sırasına daxil olmaq üçün ABŞ və Rusiya rəqabəti deyil, eyni zamanda Çin və ABŞ arasında olan rəqabət göz önündədir. Bütün bunlar dövlətimizin artan nüfuzunu göz önündə sərgiləyən amillərdir. Qarabağ müharibəsindən sonra Azərbaycan güclü bir dövlət kimi regiondakı mövqeyi və rolunu müəyyənləşdirərək nüfuzunu artırmaqda davam edir.

Vəfa Bayramova-Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru


Oxunub: 374

Son xəbərlər

YAŞILLIĞI KİMLƏR VƏ NƏ SƏBƏBƏ MƏHV EDİR - CAVABDEH QRUMLAR NİYƏ SUSUR?

"Mən sübut edə bilərəm ki, vedrə ölçü vahididir"

"Noldu ki, bu boyda məhbusların olduğu ölkədə təkcə Arif Hacılının oğlu azadlığa çıxdı?"

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Qərbi azərbaycanlıların qayıdışı Bakının strateji hədəflərindəndir

Əgər uşaq evdə dərs oxuyacaqsa, məktəbə niyə gedir? — Siyavuş Novruzov

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

"Ukraynanın sağ qalması ABŞ üçün vacibdir" - Tramp

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

"Xəzər TV"nin məşhur verlişi bağlanacaq

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycana minik avtomobilləri hansı ölkələrdən və neçəyə gətirilir? - SİYAHI

ABŞ İsrailin İrana zərbə endirməsini dəstəkləir

Sabah 30 dərəcə isti olacaq

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

"Satınalmalarda ciddi problemlər mövcuddur" - Vahid Əhmədov

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Tuskdan Zelenskiyə sui-qəsddə Rusiyaya kömək edən polyakın həbsinə reaksiya

Fransanın növbəti diplomatları Azərbaycandan qovulub - "Observer Online" yazır

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Bədənimizdəki şişlər nədən xəbər verir?

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

"Əli Kərimli və ətrafı Prezidentdən üzr istəməlidir" - Deputat

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Vüqar Gülməmmədov parlamentdə hesabat verir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

Azərbaycan nefti ucuzlaşdı

“Azərişıq” Şirvanda elektrik şəbəkəsini yenidən qurur

Bütün xəbərlər