“Azərbaycanfilm”in ərazisi kimlərə icarəyə verilib ?- Pullar kimlərin cibinə gedir?

Baş verənlərdən nazir Anar Kərimovun və kinostudiyanın direktoru Fariz Əhmədovun xəbəri yoxdur ?

Milləti və dövləti milli mətbuatsız təsəvvür etmək olarmı?
Əlbəttə, yox. Eləcə də, milləti və dövləti KİNO-suz təsəvvür etmək olmur.
Azərbaycanın milli kinosunun tarixi 1898-ci ildən başlayır.
Keçən əsrin əvvəllərində xarici şirkətlər Bakıda müxtəlif filmlər çəkiblər.
Sovet dövründə, yəni 1923-cü ildə Foto-Kino İdarəsi ilk film olan “Qız qalası”nı çəkib.
Sonralar adı “Azdövlətkino”, “Azərbaycanfilm” olan qurum 1960-cı ildən Cəfər Cabbarlının adını daşıyıb.
70 il ərzində “Azərbaycanfilm” həqiqətən də millətimizin tarixi, dahi şəxsiyyətlərimiz və cəmiyyətimizlə bağlı xeyli sayda maraqlı filmlər çəkib. Təkcə 1945-ci ildə çəkilən və dünyada məşhur olan “Arşın mal alan” filmini yada salmaq bəs edər. Sonralar “Ögey ana”, “Uzaq sahillərdə” kimi maraqlı filmlər çəkildi. Ümummilli lider Heydər Əliyevin himayədarlığı sayəsində “Azərbaycanfilm” kinostudiyasında “Babək”, “Nəsimi”, “Dədə Qorqud”, “Nizami” kimi xalqımızın tarixini əks etdirən iri miqyaslı filmlər yaradılmışdır.
Problemlər müstəqillik dönəmində başladı.
Təsəvvür edirsiniz, 1991-ci ildən sonra “Azərbaycanfilm” kinostudiyası çətin duruma düşdü. Dövlət kino istehsalına vəsait ayırmadı. Yalnız Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra kinomuz xilas oldu. Qarabağ uğrunda mübarizə ilə bağlı yeni filmlər çəkildi.
Cənab İlham Əliyev 2003-cü ildə Prezident seçiləndən sonra da kino sənətinə diqqət və qayğı daha da artdı, bu sahəyə xeyli maliyyə vəsaiti ayrıldı.
Ancaq “Azərbaycanfilm” kinostudiyasına təyin olunan rəhbər şəxslər qurumda monopoliya yaratmağa, yaradıcı adamlara deyil, qohumlara üstünlük verməyə başladılar.
Təsəvvür edirsiniz qısa bir zaman ərzində Kinostudiyada tez-tez rəhbər şəxslər dəyişirdi.
Son illərin təyinatına baxaq:
Cəmil Quliyev - 2019-2020-ci illər
Nazim Hüseynov – 2020- ci il
Fariz Məmmədov - 2020-ci ildən.
Yəni hər il, hətta 1 ildə 2 dəfə Kinostudiyanın rəhbərliyi dəyişirdi.
Bütün bunlara görə, keçmiş Mədəniyyət naziri Əbülfəz Qarayev də məsuliyyət daşıyır. Kinoya ayrılan dövlət vəsaitinin çoxunu Əbülfəz Qarayev mənimsəyib.
İndi isə konkret olaraq Kinostudiyada baş verənlərə keçək.
Kinostudiyanın ərazisi demək olar ki, zəbt olunub.
Məlumdur ki, həmin ərazidə kino pavilyon olub. Kino çəkilən yerdə kənar nəsə olmamalıdır. Ancaq hazırda Kinostudiyanın ərazisi bazarı, “tolkuçka”nı xatırladır. Ərazidə “Ləvəngi” restoranı, avtoservislər, müxtəlif obyektlər və daha nələr.
Kinostudiyanın ərazisi demək olar ki, tamamilə kimlərəsə icarəyə verilib. Və dövlətə məxsus studiyanın ərazisindən kimlərsə milyonlar qazanır. Bunun milli kinomuzun inkişafına nə dəxli var ?
Bəlkə bu pulun az da olsa bir hissəsi kinoya sərf olunur. Əsla, yox.
İcarəyə verilən sahələr rəsmi müqavilədə elə xırda məbləğdə göstərilir ki, adamın yox ee, bişmiş toyuğun gülməyi gəlir. Görəsən, bütün bunları Mədəniyyət Nazirliyi, iqtisadiyyat Nazirliyi, Vergi Xidməti görmür ?
Niyə, bu boyda Kinostudiya millətimizin Xocalı faciəsi ilə bağlı maraqlı bir film çəkib dünyaya nümayiş etdirə bilmir ?
Amma əvəzində şəxsi-özəl prodakşnlar kinostudiyaya məxsus pavilyonda klip çəkdirmək üçün kifayət qədər maliyyə vəsaiti ödəyirlər və çəkilən kliplərdən pul qazanırlar. Bəs dövlətin ayırdığı milyonlar hara gedir ?
Görəsən, yeni mədəniyyət nazirimiz Anar Kərimov və Kinostudiyanın direktoru Fariz Əhmədov bu barədə nə düşünür?
Qarşı tərəfin mövqeyni dərc etməyə hazırıq.
Gundelik-baku.com


Oxunub: 521

Son xəbərlər

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib?

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Taksilərdə videokameralar quraşdırılacaq

Kanalizasiya suları Ceyranbatan su anbarına axıdılır?

Bakıda bu evlər bahalaşıb

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Kreml yeni oyuna başlayır: Hədəf Mərkəzi Asiyadır - ŞƏRH

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Tanınmış iş adamının faciəli şəkildə ölən oğlu məhkəməyə verildi

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir - VİDEO

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Quru sərhədləri Azərbaycan vətəndaşları üçün açılmalıdır - ÇAĞIRIŞ

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Bakıda 17, bölgələrdə 20 dərəcə isti olacaq - HAVA PROQNOZU

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Yalnız bu üç növ silah Ukrayna müharibəsinin gedişatını dəyişə bilər - "The Telegraph"

Dollara tələbin artmasının səbəbləri açıqladı

Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşdü

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər - VİDEO

Məktəbdə nöqsan aşkarlandı, direktor işdən çıxarıldı

Mərkəzi Bank uçot dərəcəsini azaltdı

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir - SİYAHI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Bu günə olan valyuta məzənnələri

Bütün xəbərlər