Onlayn İctimai Nəzarət Platformasının təqdimatı olub

İyunun 2-də Onlayn İctimai Nəzarət Platformasının (www.enezaret.az) təqdimatına dair mətbuat konfransı keçirilib. Bu platformanın məqsədi ictimaiyyəti narahat edən müəyyən məsələlərə - yol, infrastruktur, abadlıq və s. dair vətəndaşlardan video və foto sübutu olan məlumatı qəbul etmək və müvafiq dövlət orqanlarında onların həllinə nail olmaqdır. Boru sızması, məişət tullantılarının daşınmaması, yol örtüyünün dağılması, aşmış ağaclar, açıq lyuklar və sair problemlərlə rastlaşdıqda vətəndaşlar vatsap (055 4502013) və ya sayt vasitəsilə (www.enezaret.az) Enəzarət komandasına məlumatı çatdıracaq, platformanın vəkilləri isə problemlərin həlli istiqamətində müvafiq addımlar atacaqlar.

DogruXeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, mətbuat konfransında çıxış edən Açıq Hökumət platformasının koordinatoru Əliməmməd Nuriyev ölkəmizdə ictimai nəzarət və ictimai iştirakçılıq sahəsində qanunvericilik, ölkə rəhbərliyinin siyasi dəstəyi və son illərdə həyata keçirilən fəaliyyətlər haqqında məlumat verib. Əliməmməd Nuriyev Onlayn İctimai Nəzarət Platformasının vətəndaşlar üçün bir çox imkanlar yaratdığını qeyd edib.

Tədbirdə salamlama sözü ilə çıxış edən ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ölkə üzrə missiya direktoru Caydev Sinqh təmsil etdiyi qurumun Azərbaycan hökumətinə və xalqına dost münasibətini vurğulayıb, ölkəmizdə həyata keçirilən islahatlara USAID tərəfindən daima dəstək verildiyini diqqətə çatdırıb. S.Caydev oxşar platformanın ABŞ-da uğur qazandığını və eyni nailiyyəti Azərbaycanda da görmək istədiyini bildirib.

Layihənin icraçısı olan “MG Consulting” şirkətinin rəhbəri Məhəmməd Quluzadə ECSOFT layihəsi, Onlayn İctimai Nəzarət Platforması və platformanın iş mexanizmi barədə ətraflı məlumat verib.

Tədbirin sonunda Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti (ECSOFT) layihəsi çərçivəsində keçirilmiş “Korrupsiya ilə mübarizə” mövzusunda poster və videoçarx ideyası müsabiqəsi üzrə qaliblərə mükafatlar təqdim edilib.

Qeyd edək ki, Onlayn İctimai Nəzarət Platforması USAID-in ECSOFT layihəsi çərçivəsində Açıq Hökumət Milli Platforması ilə əməkdaşlıqda həyata keçirilən pilot layihədir.


Oxunub: 478

Son xəbərlər

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib?

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Taksilərdə videokameralar quraşdırılacaq

Kanalizasiya suları Ceyranbatan su anbarına axıdılır?

Bakıda bu evlər bahalaşıb

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Kreml yeni oyuna başlayır: Hədəf Mərkəzi Asiyadır - ŞƏRH

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Tanınmış iş adamının faciəli şəkildə ölən oğlu məhkəməyə verildi

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir - VİDEO

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Quru sərhədləri Azərbaycan vətəndaşları üçün açılmalıdır - ÇAĞIRIŞ

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Bakıda 17, bölgələrdə 20 dərəcə isti olacaq - HAVA PROQNOZU

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Yalnız bu üç növ silah Ukrayna müharibəsinin gedişatını dəyişə bilər - "The Telegraph"

Dollara tələbin artmasının səbəbləri açıqladı

Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşdü

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər - VİDEO

Məktəbdə nöqsan aşkarlandı, direktor işdən çıxarıldı

Mərkəzi Bank uçot dərəcəsini azaltdı

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir - SİYAHI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Bu günə olan valyuta məzənnələri

Bütün xəbərlər