Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Putindən şok təlimat: İnsan beyninə yerləşdiriləcək

23-06-2021, 09:03

Putindən şok təlimat: İnsan beyninə yerləşdiriləcək


Rusiyadakı elm adamlarının beyin gücü ilə kompüterlərin idarə edilməsi üçün insan beyninə yerləşdiriləcək texnologiya üzərində çalışdığı iddia edilib.

DogruXeber.az Axar.az a istinadən xəbər verir ki, bu barədə "Kommersant" qəzetinə Rusiya Təhsil Nazirliyindən adı açıqlanmayan bir mənbə danışıb.

Mənbə məsələ ilə bağlı Rusiya Prezidenti Vladimir Putinin təlimatı ilə "beyin-kompüter" interfeysləri üzərində araşdırma aparmaq üçün bir işçi qrupu yaradıldığını söyləyib.

"Kommersant"a təqdim olunan sənədlərə əsasən, 2021-2029-cu illəri əhatə edəcək "Beyin, Sağlamlıq, Zəka, İnnovasiya" adlı federal proqramın büdcəsi 54 milyard rubldan çox olacaq.

Rusiya Elmlər Akademiyası tərəfindən təqdim olunan təkliflərə Putinin mart ayında "yaşıl işıq" yandırdığı vurğulanıb.

Yayılan sözügedən iddianın doğruluğunu isə Kreml və nazirlik təsdiqləməyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Telegram Facebook Twitter Youtube Instagram