Əmrullayevin qərarları TƏHSİLİ ÇÖKDÜRÜR... - FAKTLAR AÇIQLANDI...


DogruXeber.az: - Təhsil naziri Emin Əmrullayevə Açıq məktub

Hörmətli nazir!

Son dövrlər təhsil sahəsi ilə bağlı verilən bir sıra qərarlar təhsilin inkişafından çox bu sahədə müəyyən çətinliklərin yaranmasına səbəb olur.
Dövlətimizin təhsilə, o cümlədən onun aparıcıları olan müəllimlərə qayğısı yetərincə və diqqətçəkəndir. Müəllimlərin əmək fəaliyyətinə tətbiq edilən yaş senzini də, gənc müəllimlərə göstərilən qayğı kimi dəyərləndirmək olar. Lakin bu qayğı hərtərəfli yox, birtərəflidir.
Müəllimlərin pedaqoji fəaliyyətinə tətbiq edilən yaş senzi gənc pedaqoji kadrların işlə təmin olunmasında müsbət addım kimi düşünülsə də, bu qanunun bərqərar olması yetkin yaşa çatmış nəslin, yəni yaşı 65-dən yuxarı oplan pedaqoji kadrların hüquqlarının pozulması nəticəsində həyata keçirilir.
Bu gün də təhsil nazirliyi yüksək bilik və bacarığa malik müəllim kadrlarının hazırlanması yolunda dayanmadan mübarizə aparır!
Ortaya belə bir sual çıxır?
illərlə əzab çəkib müxtəlif elm sahələrində fəaliyyət göstərib elmi titul ( elmlər doktoru, elmlər namizədi) qazanan kadrların uğuru Azərbaycan təhsilinin uğuru deyilmi?
Əgər uğurudursa, niyə onları ildə bir dəfə işdən azad edib, yenidən sentyabrın 15-dən müvəqqəti müqavilə ilə işə cəlb edirlər?!
Bəyəm elmi dərəcələrin də daimi olması ilə bağlı müəyyən şübhələr ortalıqdadır?
Müəyyən elmi ad və təltiflər sahibi olan kadrlara bu cür yanaşmanın yaratdığı çətinliklərdən bir neçəsini qeyd etməyi özümə borc bilirəm.
Mən filologiya üzrə elmlər doktoru kimi 25 ilə yaxındır ki, Sabunçu rayonundakı Telman İsgəndərov adına 142 saylı tam orta məktəbdə çalışmaqdayam . 67 yaşım bir neçə gündən sonra tamam olacaq.
İyunun 15-dən rəhbərlik tərəfindən növbəti məzuniyyətə buraxılmışam.
İl boyu ədəbiyyat dərslərimi distant formada tədris etmişəm.
Mən və mənim kimi müəyyən güzəştlər daxilində pedaqoji işdə çalışan müəllimlər iyunun 15-dən pedaqoji fəaliyyətdən kənarlaşdırılmışıq, növbəti məzuniyyətə göndərilmişik.
5-ci sinifdən başlayaraq rəhbərlik etdiyim 9-cu sinfin sinif rəhbəri tərəfindən yerinə yetirilməli olan bütün işləri yarımçıq qalıb.
Qalan içləri kim və hansı əsaslarla yerinə yetirməlidir?!
Biz nə üçün digər müəllimlər kimi iyulun 1-dən yox, iyunun 15-dən məzuniyyətə gondərilirik?!
Digər bir qanunsuzluq isə mənim və mənim kimi statusa sahib müəllimlərin məzuniyyət qurtarandan sonra çalışdığımız məktəbin müəllimləri sırasından azad edilib, nazirliyin,(Eləcə də Baş Təhsil İdarəsinin) razılıq məktubu ilə yenidən müəllimlər sırasına qəbul olunmağımızdır.
Biz Təhsil İdarəsinin əmrinə əsasən sentyabrın 15-dən başlayaraq məktəbdə dərs demək hüququna malik oluruq.
Sentyabrın 15-nə qədər müəllimin, eyni zamanda sinif rəhbərinin məktəbdə görəcəyi işlər azdırmı?!
Sentyabrın 1-dən başlayaraq dərsliklər şagirdlərə paylanmalı, dərs bölgüsündə olan dəyişikliklər diqqətə çatdırılmalı, tədris proqramları hazırlanıb qaydaya salınmalıdır.
Sentyabrın 15-nə qədər pedaqoji fəaliyyətinə xitam verilən müəllimin bu tarixdən əvvəl məktəbə gəlib, lazımi işlərlə məşğul olmağa hüququ çatırmı?!
Bizi, yəni 65 yaşı tamam olandan sonra işləmək hüququ olan müəllimlərin işlərini yarımçıq qoyub, iyunun15-dən məzuniyyətə buraxmaqda hansı məqsəd güdülür?
Bu statusa sahib müəllimlərin iyunun 15-dən məzuniyyətə buraxılmasından güdülən əsas məqsəd həmin müəllimlərin bir il ərzində , 21 gün deyil, 36 iş gününün əmək haqqının ödənilməməsidir. Bütün ömrünü gənc nəslin savadlanıb , əsil vətəndaş kimi yetişməsinə qurban verən müəllimin həyatında kəsilən 15 günlük bu əməkhaqqı o qədər də önəm daşımır. Ancaq Azərbaycan təhsilinin davamlı inkişafında qarşısıalınmaz bir əngələ çevrilir.
Müəllimin məzuniyyəti qurtarcaq işdən azad edilir.Məktəb direktoru əmr imzalayıb baş idarəyə məlumat verir. Sonra isə dərs ilinin əvvəlində məktəbdə işləmək hüququ olan müəllim kimi onunla bağlı arayış göndərir. Baş Təhsil İdarəsi isə bunun əsasında müəllimin işləmək hüququnun olduğunu əmrləşdirib məktəbə göndərir.
Əgər bu qədər yazı-pozu, arayış, məlumat , mesajlaşma müəllimin bir aylıq əmək haqqının verilməsi üçündürsə, mən həmin müddət ərzində alacağım əmək haqqını ömrümün sonuna qədər müdafiə fonduna keçirməyə həmişə hazıram.
Hər il mənim kimi sayı cox az olan müəllimlərin əmək müqaviləsinə xitam verilib, 25-30 gündən sonra onunla yenidən müqavilə bağlanmasına hansı adı vermək olar?
Bir neçə il bundan qabaq qalib komandanımız İlham Əliyevin vətəndaşlarımızı süründürməçilikdən , sənədləşmə alış-verişindən qurtarmaq üçün birpəncərəli sistemə keçid haqqında verdiyi fərmanin əks- sədası bu qaydanı tətbiq edənlərə hələ gedib çatmayıbmı!
Müəyyən statusla 65 yaşdan yuxarı işləmək hüququ olan pedaqoji kadrlar nə üçün iyunun 15-də işdən azad olunmalı və bununla bağlı Baş Təhsil İdarəsinə hər il raport verilməli və həmin kadrın yenidən işə bərpa olunması üçün məktəblərdə Baş Təhsil İdarəsinin yeni əmri gözlənilməlidir?!
Hərtərəfli bilik, geniş elmi dünyagörüşə malik vətəndaş yetişdirmək, Azərbaycan elmini , dünyanın ən inkişaf etmiş ölkələrinin elmi səviyyəsinə çatdırmağı qarşısına məqsəd kimi qoyduğunu hər addımda bəyan edən Təhsil Nazirliyinin apardığı “islahatlar “ onu göstərir ki, bu qurumu süar etdikləri məsələlərdən daha cox bu sahədə müəyyən statuslarla bağlı qalıb işləyən müəllimlərdən “saldırılan” əmək haqqı məbləğinin çoxluğu daha artıq maraqlandırır.
Elə başa düşürəm ki,Təhsil nazirliyi bu cür yanaşmaya yenidən diqqət göstərəcək, yersiz rəsmi yazışmaya son qoyacaq , bu gün uğrunda mübarizə apardığı , dünənki təhsilimizin yetişdirib ortaya çıxardığı müəyyən titula sahib olan kadrların narahatlığına və gözdən salınmasına son qoyacaqdır.//dia.az


Oxunub: 333

Son xəbərlər

Dollara tələbin artmasının səbəbləri açıqladı

Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşdü

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər - VİDEO

Məktəbdə nöqsan aşkarlandı, direktor işdən çıxarıldı

Mərkəzi Bank uçot dərəcəsini azaltdı

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir - SİYAHI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Bu günə olan valyuta məzənnələri

Azərbaycan nefti ucuzlaşdı

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

“Makronun anti-Azərbaycan planı iflasa uğrayıb” - “Le Fiqaro”

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

D vitamini çatışmazlığının gözlənilməz əlaməti

İş adamı ilə Ədliyyə Nazirliyi arasında nə baş verir? - 3 milyonluq kredit mübahisəsi...

Siciliya Adalarında istirahətə yolanan təhsil rəhbərləri kimlərdir? ARAŞDIRMA

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Yemək büdcəmizi “yeyir”

“Qazprom” təsdiqlədi: Ermənistanın qaz kəməri Azərbaycanın nəzarətinə keçir

Bu ölkədə beş əsgərin ölümündən sonra hərbi təlimlər dayandırılıb

Qəhvə içmək bağırsaq xərçənginə yoluxma riskini azaldır — ARAŞDIRMA

Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq — RƏSMİ

Qalada qanunsuz tikililər söküldü - FOTO // VİDEO

Əhməd təcridxanaya qaytarıldı

Parklanmadan daxilolmalar xərcləri qarşılamır - AYNA-dan AÇIQLAMA

Rusiya sanksiyalara görə Çin, Türkiyə və BƏƏ-dən neftin pulunu ala bilmir

Bakıda qəbiristanlıqda çayxana tikmək istədilər (VİDEO)

Bütün xəbərlər