Müasir dövrdə həyata keçirilən multikulturalizm siyasəti dövlətin tolerantlıq prinsiplərinə sadiq qalmasının bariz nümunəsidir

DogruXeber.az: - Müasir dövrdə həyata keçirilən multikulturalizm siyasəti dövlətin tolerantlıq prinsiplərinə sadiq qalmasının bariz nümunəsidir

Azərbaycan müxtəlif sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınmışdır. Azərbaycanın ərazisində üç mühüm dinlərdən zərdüştlüyə (barış və sülh dini), Şimal bölgələrdə xristianlığa və VII ə. bəri islama ibadət olunur. Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub. Bu gün isə milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilib.
Müasir dövrdə tolerantlıq problemi ilə məşğul olan tədqiqatçılar tərəfindən tolerantlığa bir neçə məna verilir. Alimlərin bir qismi tolerantlığı “ideal və həyatın vacib prinsipi” kimi qəbul edir, sivilizasiya mövcudluğuna bir şans kimi qiymətləndirir. Tədqiqatçıların o biri qismi isə tolerantlığı bəşəriyyətdə hökm sürən parçalanma və laqeydliyi gizlədən simvolik bir pərdə kimi göstərir.
Dözümlülük ideyası heç də yeni deyildir, qeyd etmək lazımdır ki, tolerantlığa fəlsəfi yanaşmanın antik dövrə aparan dərin kökləri vardır. İnsan təbiətinin və mədəni-tarixi fərqlərinin dialektik vəhdəti iki fərqli anlayışla izah olunurdu: “özümünkü” və “digəri”. Sokrat və Platonun da fikirlərində dözümlülük intellektual asketizmlə bağlıdır və insanların mənəvi və sosial birləşməsi kimi izah olunur.
Mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti onu çoxmillətli, diyar kimi dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanı etmişdir. Azərbaycan Respublikasında bu gün həmin mədəni, linqvistik, etnik rəngarəngliyin qorunmasına yönəldilən və uğurla həyata keçirilən dövlət siyasəti multikulturalizm sahəsində əsrlərdən bəri toplanmış böyük tarixi təcrübənin xüsusi qayğı ilə əhatə olunmasını, zənginləşdirilməsini, cəmiyyətdə bu istiqamətdə qazanılmış unikal nailiyyətlərin beynəlxalq aləmdə təbliğinin gücləndirilməsini zəruri edir. Azərbaycan Respublikası Prezidentinin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə 2016-cı il “Multikulturalizm ili” elan edilmişdir. Ölkəmizdə mədəniyyətlərarası dialoqun formalaşmasını şərtləndirən əsas amillərdən biri də Azərbaycanın coğrafi baxımdan qərarlaşdığı məkanın Şərqlə Qərbin qovuşağında yerləşməsidir. Azərbaycan bu gün iki fərqli sivilizasiya arasında körpü rolunu oynamaqla, Şərq və Qərb yarımkürələrində öz nüfuzunu gücləndirməkdədir. Bu ideya dövlətin xarici siyasət kursunda da kifayət qədər özünü əks etdirir. Bu gün Azərbaycan BMT, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı kimi mötəbər təşkilatların tamhüquqlu üzvüdür. Azərbaycan Avropa İttifaqının həyata keçirdiyi “Şərq tərəfdaşlığı” layihəsi çərçivəsində Avropaya inteqrasiya prosesini uğurla davam etdirir.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru



Qurban bayramı Azərbaycanda tolerantlığın təntənəsinə çevrilmişdir

İslamın humanizm, bərabərlik və qardaşlıq prinsiplərinə sədaqətini həmişə nümayiş etdirmiş Azərbaycan xalqı əsrlər boyu, hətta ən mürəkkəb dövrlərdə belə Qurban bayramını özünün əziz günlərindən biri kimi qeyd etmişdir. Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə bu günün müsəlman əhali tərəfindən layiqincə bayram edilməsi üçün əlverişli şərait yaranmışdır. Bu bayram Azərbaycanda tolerantlığın təntənəsinə çevrilmişdir. Müxtəlif dini konfessiyaların nümayəndələri də bu bayram günündə vahid Azərbaycan xalqının birlik və qardaşlığını nümayiş etdirir, müsəlman dostlarını təbrik edirlər. Bu, Azərbaycan xalqının mənəvi birliyinin ifadəsidir.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” qanuna əsasən, Qurban bayramı dövlət səviyyəsində qeyd olunur. Ümummilli Lider Heydər Əliyev hər il ölkəmizdə qeyd edilən dini bayramlar münasibətilə xalqı təbrik etmiş, Ulu Öndər müxtəlif illərdə Qurban bayramını məcburi köçkün soydaşlarımızla birgə keçirmişdir.
Hər il bu bayramda aztəminatlı ailələrə, məcburi köçkünlərə, sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara, şəhid ailələrinə qurbanlıq əti və ərzaq məhsullarından ibarət bayram sovqatı paylanılır. Bu gün bu ənənə Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Hər il Prezident İlham Əliyevin Azərbaycan xalqına bayram təbriki ünvanlanır və xoş arzuları çatdırılır. Ölkə başçısı öz müraciətində qeyd edib ki, “Yüz illərdir ki, ayrı-ayrı xalqların və dinlərin mənsublarının mehriban ailə kimi yaşadıqları Azərbaycanda qarşılıqlı hörmət və etimada əsaslanan nümunəvi birgəyaşayış mühitinin formalaşmasında və etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanılmasında İslam dininin müstəsna rolu olmuşdur. Hər il ölkəmizdə keçirilən dini bayramlar mütərəqqi milli-mənəvi dəyərlərin, sosial yardımlaşmanın və xeyirxahlıq duyğularının təntənəsinə çevrilir”. Azərbaycan xalqının dini dəyərlərinə böyük ehtiram göstərən Prezident İlham Əliyev 2017-ci ili Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan etmişdir.
Müqəddəs Qurban bayramı insanları mənəvi saflığa və xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olmağa səsləyən cəmiyyətdə ali insani dəyərlərin daha da güclənməsinə xidmət edir.
Cəmiyyətimizdə hökm sürən birlik və həmrəylik, dinclik və əmin-amanlıq, təhlükəsizlik və sabitlik bu gün əldə etdiyimiz əvəzsiz uğurumuzdur. Birlik və bərabərlik, xeyirxahlıq və mərhəmət Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın cəmiyyətimizə aşıladığı və bəxş etdiyi ən ali dəyərlərdir.
Əsrlərin sınağından keçib günümüzə qədər gəlib çatan dəyərlərimiz və ənənələrimiz milli mənlimizin yaşadılmasında əvəzsiz rol oynayıb. Əsrlərdən bəri müxtəlif xalqların və dinlərin dinclik və əmin-amanlıq şəraitində yaşadığı ölkəmizdə nümunəvi birgəyaşayış mühiti formalaşıb.
Bu ilki Qurban bayramının əvvəlki illərdəkindən əsas fərqi bayramın 30 ilə yaxın düşmən işğalında olan torpaqlarımızın azad edilməsi şəraitində keçiriləcəyidir. 44 günlük Vətən müharibəsində bütün Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən naminə canlarından keçməyə belə hazır olduqlarını göstərdilər.
Bu gün Azərbaycanı ərazi bütövlüyünə qovuşduran, ay-ulduzlu bayrağı əzəli torpaqlarımızda dalğalandıran da xalqımızın öz yaddaşında, gündəlik həyatında qoruyub saxladığı bu dəyərlərdir. Qabiliyyətli İkinci Qarabağ müharibəsi Vətən yolunda fədakarlığın təntənəsidir. Artıq böyük sevinc və coşqu ilə öz neçə illərdir həsrətini çəkdiyimiz doğma torpaqlarımızda qurbanlarımızı kəsib, bu müharibədə şəhid olanların ruhuna dualarımızı edəcəyik.

Rəmzi Şirinov-YAP Zərdab rayon təşkilatının Gənclər Birliyinin sədri



Dinin dövlətdən ayrı olmasına baxmayaraq, dövlət-din münasibətləri sağlam təməllər üzərində formalaşaraq dövlətçiliyimizin möhkəmlənməsinə xidmət edir.

Azərbaycandakı dini münasibətlər ən düzgün və zamanın sınaqlarından layiqincə çıxan modeldir. Bu da ondan irəli gəlir ki, Azərbaycan xalqı İslamın gözəlliklərini, saflığını hər zaman qoruyub saxlayır, ona dinimizə zidd ideyalar qatmır. Odur ki, Azərbaycanda islami dəyərlərə bağlılığın, dinin saflığının qorunmasının ən gözəl nümunəsi mövcuddur. Azərbaycan hüquqi, dünyəvi dövlətdir. Dinin dövlətdən ayrı olmasına baxmayaraq, dövlət-din münasibətləri sağlam təməllər üzərində formalaşaraq dövlətçiliyimizin möhkəmlənməsinə xidmət edir. Əksər müsəlman cəmiyyətlərindən fərqli olaraq, Azərbaycanda müqəddəs dinimiz xalqımızı birləşdirir, həmrəy edir, dövlətimizin möhkəmlənməsinə və yüksəlməsinə xidmət edir.
Azərbaycanda bu cür sağlam dövlət-din münasibətlərinin əsasını isə müstəqillik dövründə ulu öndər Heydər Əliyev qoyub. Bu illərdə Azərbaycanda sayı cəmi 17 olan məscidlərin artaraq 2000-i ötməsi xalqımızın öz dini dəyərlərinə ehtiramının göstəricisidir. Lakin onu da etiraf etməliyik ki, müstəqillik illərində zərərli, məzhəb ayrı-seçkiliyi üzərində formalaşan təriqətlər də Azərbaycanda möhkəmlənməyə çalışdılar. Hətta ayrı-ayrı vaxtlarda dini ekstremizmə cəhdlər olundu. Lakin dinimizlə ayaqlaşmayan zərərli dini baxışların heç biri Azərbaycanda öz istəyinə çata bilmədi. Cəmiyyətimizdə xurafatdan, cəhalətdən, radikalizmdən uzaq formalaşan sağlam dini münasibətlərin nəticəsidir ki, Azərbaycan bu gün dünyada vəhdət namazının qılındığı nadir ölkədir. Bu onun göstəricisidir ki, İslam dininə sitayişlə bağlı ən düzgün model Azərbaycanın getdiyi yoldur. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin layiqincə davam etdirdiyi bu yol, xüsusən məzhəblər arası etimad mühiti bütün müsəlman dövlətləri üçün nümunədir.
Azərbaycan üçün əsas xüsusiyyətlər həm də ondan ibarətdir ki, bu ölkə bütün İslam aləmində dünyəvi dövlətçiliyin nadir modellərindən biri, həm də ən yüksək tolerant dəyərlərin daşıyıcısıdır. Burada tarixin heç bir dövründə dinlərarası qarşıdurma baş verməyib. Hazırda Azərbaycanda bütün digər dinlərin təmsilçiləri kilsələrə, sinaqoqlara gedərək öz dini ayinlərini sərbəst icra edirlər. Bakıda həm pravoslav, həm katolik kilsəsi fəaliyyət göstərir. Ona görə bu gün respublikamızın dinlər arası dialoq mərkəzi statusunu daşıması tamamilə qanunauyğun bir haldır. Azərbaycan xalqının tolerant keyfiyyətlərə sahib olması beynəlxalq səviyyədə də tanınır və yüksək qiymətləndirilir. Məhz bundan irəli gələrək son illər ölkəmizdə sivilizasiyalar arası dialoq və tolerantlıq mövzusunda çoxsaylı beynəlxalq tədbirlər keçirilib.

Səbuhi Kərimov-Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının aparat rəhbəri

Azərbaycan İslam Mədəniyyətinin inkişafına böyük tövhə verir.

Qədimliyi və müasirliyi özündə təcəssüm etdirən, tarix boyu həm coğrafi, həm də mənəvi mənada Şərqlə Qərb arasında qərar tutan Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən sayılıb və müsəlman intibahının bərqərar olmasında mühüm rol oynayıb.
İslam xalqımızın mənəvi dünyasında böyük yer tutan müqəddəs dəyərdir. Azərbaycan dövləti bu dəyərə böyük ehtiramla yanaşır. Ölkəmizdə din-dövlət münasibətlərinin aydın bir müstəvidə qurulması, bu münasibətlərin sağlamlığı, cəmiyyətdə mövcud olan dini dözümlülük mühiti Azərbaycanın ən mühüm nailiyyətlərindəndir.
Azərbaycanın islam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasında öz ifadəsini tapıb. 2017-ci il Azərbaycanda “İslam həmrəyliyi ili” elan olunub. IV İslam Həmrəyliyi Oyunlarının Bakı şəhərində keçirilməsi isə ölkəmizin islam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımlar atması üçün əlverişli şərait yaradıb. İslamın sülhsevər mahiyyətinin dünya miqyasında təbliği istiqamətində əməli səylər göstərən Azərbaycan Prezidentinin irəli sürdüyü islam həmrəyliyi təşəbbüsləri yalnız islam dünyası daxilində deyil, islam dini ilə digər dinlər arasında həmrəyliyin harmoniyasını da ehtiva edir. Bu isə təkcə Azərbaycanda yox, bütün dünyayada, yaxın və uzaq qonşularımızda, Avropada, Yaxın və Uzaq Şərqdə, dünyanın hər yerində gedən mənəvi, mədəni proseslərə çox böyük təsir göstərir.
IV İslam Həmrəyliyi Oyunlarının məhz Azərbaycanda keçirilməsi də elə bu məramın təzahürü idi. Azərbaycan bütün dünyaya nümayiş etdirdi ki, dini-mədəni müxtəlifliyin harmoniyasına əsaslanan cəmiyyət modeli yaratmaq mümkündür. Sivilizasiyalar arasında İslam mədəniyyətinin həmişə xüsusi yeri olub Azərbaycanın milli mədəniyyətinin formalaşmasında İslamın böyük rolu vardı.. Elm, təhsil, memarlıq, təsviri incəsənət, musiqi, poeziya, İslam dininə əsaslanmaqla ümumbəşəri nailiyyətlər əldə edib. İslam özündə ümumbəşəri dəyərləri birləşdirən humanist, tərəqqiyönlü və sülhpərvər dindir. Azərbaycan tolerantlığın qarşılıqlı mədəni mübadiləsi, həmçinin mədəniyyət sahəsində mədəniyyətlərarası dialoqun təzahürünü müvəffəqiyyətlə həyata keçirir. Azərbaycan mədəniyyəti İslam mədəniyyətinin önəmli bir hissəsi kimi, dünya mədəniyyəti tarixinə əvəzsiz töhfələr verir.
Azərbaycanda islam həmrəyliyi ilə bağlı indiyədək irəli sürülən təşəbbüslərin, bu istiqamətdə həyata keçirilən tədbirlərin son hədəfi yalnız islamın həmrəyliyinə nail olmaq deyil. Sevgi, bərabərlik, humanizm saçan islam dəyərləri ümumən fərdlər, insan qrupları və ya ölkələr arasında yaranan birliyə , rəğbətə, mənəvi dəstəyə, maddi yardıma və əməkdaşlığa çağırışdır. Bütün bunlar Azərbaycanın həm ümumbəşəri, həm də milli-mənəvi dəyərlərinə, o cümlədən tarixi müqəddəratında mütərəqqi rol oynamış islam dininin yüksək mənəvi-əxlaqi prinsiplərinə sadiq qaldığını göstərir.

Vəfa Bayramova-Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru

Azərbaycanda qurban bayramının qeyd olunması ilə bağlı Azərbaycan Respublikasının rəsmi bayramlarından biri – Qurban bayramı

Azərbaycanın təntənə ilə qeyd etdiyi milli bayramlarımızdan biri, İslam dininin ən müqəddəs bayramı Qurban bayramıdır. Biz Azərbaycan xalqı olaraq tarix boyu milli adət-ənənələrimizi unumamış və unutdurmamışıq. Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin 1992-ci il oktyabr tarixli qərarı ilə qəbul edilmiş “Azərbaycan Respublikasının bayramları haqqında” qanununa əsasən Qurban bayramı Azərbaycanda dövlət səviyyəsində qeyd olunur.
Qurban bayramının əsas mahiyyəti Allah yolunda kəsilmiş qurbanlıq heyvan ətlərinin imkansız şəxslərə paylanılmasıdır. Bu istiqamətdə ölkə rəhbərliyi tərəfindən xalqın kimsəsiz, imkansız və ahıl şəxslərinə – ümumilikdə ehtiyacı olanlara qurbanlıq ətlər paylanılır və bayramı yüksək ab-havada keçirmələri üçün yardımlar olunur. İkinci Qarabağ müharibəsində olduğu kimi, bayramlarda da xalq öz birliyini nümayiş etdirir. Ölkə rəhbərliyinin bütün dünya müsəlmanlarının həmrəylik və qardaşlıq rəmzi olan Qurban bayramının keçirilməsində yaxından iştirakı xalqla dövlətin birliyinin, Azərbaycan xalqının öz milli və dini ənənələrinə sadiq olduğunun bariz nümunəsidir.
Arzu edirəm ki, bu bayram Azərbaycan xalqına bolluq, bərəkət gətirsin, onların qalibiyyətini daim eyləsin.

Vəfa Xəlilli-Gəncliyə dəstək ictimai birliyin sədri



Tolerantlıq məkanı Azərbaycan
Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi xətt hazırda Prezident İlham Əliyev tərəfindən inamla davam və inkişaf etdirilir. Bu gün Azərbaycanda etnik rəngarəngliyin qorunmasına yönəldilən və uğurla həyata keçirilən dövlət siyasəti multikulturalizm və tolerantlıq sahəsində əsrlərdən bəri toplanmış böyük tarixi ənənənin möhkəmlənməsinə yol açmışdır. Birgəyaşayış bu siyasətin ən önəmli hissəsidir.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin söylədiyi “Hər bir xalqın milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən fəxr edirəm ki, Azərbaycanlıyam!” ifadəsi bu gün hər bir ləyaqətli ölkə vətəndaşının həyat düsturuna çevrilib. Azərbaycan tarixində bir çox müharibələr, işğallar, geri qayıdışlar və qələbələr baş vermişdir. Azərbaycanın şanlı tarixinə 10 noyabr günü qızıl hərflərlə daxil oldu. Belə ki, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi və düşmən məğlubiyyətini etiraf edərək ağ bayraq qaldırdı.
Son 18 ildə Azərbaycanın bir dövlət kimi keçdiyi sürətli inkişaf yolu hər birimizdə qürur və fəxarət hissi doğurur. Bu dövrdə ölkəmizin özünəməxsus sürətli yüksəlişindən yaranan inkişafın Azərbaycan modeli bir sıra dövlətlərin marağına səbəb olub. Doğma vətənimizi dünyaya tanıdan həm də tolerantlığın Azərbaycan nümunəsi olub. Çünki bu dövrdə Azərbaycanda həyata keçirilən dövlət siyasəti ölkədəki mövcud tolerantlıq mühitini daha da dərinləşdirib, xalqların və dinlərin nümayəndələri arasındakı tarixi dostluq tellərini daha da möhkəmləndirib. Təsadüfi deyil ki, Azərbaycanda tolerantlığın tam təmin olunması faktı dəfələrlə müxtəlif beynəlxalq təşkilatların hesabatında öz əksini tapıb.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, dinlər və məzhəblər arasında dostluq və dözümlülük münasibətlərinin alternativi yoxdur: “Bu gün dünyada tolerantlıq örnəyi kimi tanınan Azərbaycan sivilizasiyalararası dialoqun, beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl olaraq zəruri təşəbbüs və çağırışlarla çıxış edir. Vətənimizdə yaşayan azsaylı xalqların Azərbaycan üçün fədakarlığı da unudulmazdır. Həm birinci Qarabağ müharibəsində, həm də 44 günlük Vətən müharibəsində bu xalqların nümayəndələri də qəhrəmanlıqla iştirak etdilər, torpaq nisgilimiz bitsin deyə doğma vətənimiz naminə şəhid də oldular. Çünki bu ölkədə hamı üçün bir vətən anlayışı var: o da Azərbaycandır!
Ulu Öndər Heydər Əliyevin dediyi kimi: “Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir. Ərazimizdə yaşayan azərbaycanlı da, ləzgi də, avar da, kürd də, talış da, udi də, kumık da, başqası da – bütünlükdə hamısı azərbaycanlıdır. “Azərbaycan” sözü həmişə bizi birləşdirib”. Həm möhtərəm Prezidentimiz İlham Əliyevin, həm də Ulu Öndər Heydər Əliyevin hakimiyyəti zamanı tolerant dəyərlərlə multikulturalizm siyasəti bir ənənə kimi qorunub və bir siyasət kimi layiqincə yürüdülmüşdür.

Könül Rəhimova Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktor

Qurban bayramının fəlsəfəsi və Azərbaycan xalqının yazdığı zəfər tarixi

Ulu öndər Heydər Əliyev xalqda milli heysiyyəti gücləndirmək, onu öz şanlı keçmişinə, soykökünə qaytarmaq, habelə zəngin bədii irsini, mədəniyyətini, incəsənətini, adət-ənənələrini yaşatmaq, ana dilini inkişaf etdirmək üçün bir sıra tədbirlər həyata keçirmişdir. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlməsi gənc müstəqil dövlətimizin siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, Azərbaycan xalqının milli mənəvi irsini ehtiva edən ideyanın – Azərbaycançılığın təşəkkülü və inkişafına mühüm təsir göstərmişdir.
Dünya müsəlmanlarının ən müqəddəs bayramlarından olan Qurban bayramı müsəlman dünyasının ən əziz bayramlarındandır. Qurban bayramı İslam aləmində ən müqəddəs bayramlardan biridir. Bu bayramda müsəlmanlar ata və analarına, yaxınlarına, qohumlarına, dostlarına qonaq gedir, hədiyyələr aparır, bir-birlərini təbrik edirlər. Dünya müsəlmanları kimi Azərbaycan xalqı da bu bayramı böyük təntənə ilə qeyd edirlər. Sovet hakimiyyəti zamanlarında bu bayramı qeyd etmək qadağan edilmişsə də, Azərbaycan xalqı gizli və məhdud şəkildə olsa da bayramı qeyd edirdilər. Müstəqilliyimiz əldə etdikdən sonra Qurban bayramı xalqın ən əziz və müqəddəs bayramına çevrildi. Bayram günlərində insanlar bir-birlərini təbrik etməklə bərabər torpaqlarımızın bütövlüyü, müstəqilliyi yolunda şəhid olan həmvətənlərimizi dərin ehtiramla yad edirlər. Ulu öndər dini adət və ənənələrimizi milli-mənəvi dəyərlərimizdən ayırmır, onlara xüsusi önəm verirdi: “Müsəlmanların böyük bir təntənə ilə həmrəylik və qardaşlıq rəmzi kimi qeyd etdikləri Qurban bayramı insanlar üçün yüksək bəşəri-mənəvi dəyərlərdən faydalanmak imkanları yaradır. İslamın insanpərvərlik, mehribanlıq və mərhəmət prinsiplərinə həmişə sadiq qalmış Azərbaycan xalqı tarixinin çətin dövlərində belə, Qurban bayramını özünün ən əziz günlərindən biri kimi qeyd etmişdir. Dövlət müstəqilliyimizin bərpasından sonra da bu günün rəsmi şəkildə bayram edilməsi xalqımızın milli və dini ənənələrinə sədaqətinin parlaq ifadəsidir.”
Qurban bayramı Azərbaycanda milli mənəvi həmrəyliyin, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının təntənəsi kimi qeyd olunur. Ölkənin hər yerində Allahın adına qurbanlar kəsilir, dövlətin tərəqqisi və əmin-amanlığı üçün dualar edilir, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin ölməz xatirəsi ehtiramla yad olunur, böyük xeyriyyəçilik işləri görülür.
Ümummilli liderimizin siyasi varisi kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev milli dəyərlərə dövlət səviyyəsində çox böyük diqqət və qayğı göstərir. Hər bir məsələdə ulu öndərin ideyalarını meyar kimi görən ölkə başçısının milli dəyərlərin qorunması, inkişaf etdirilərək gələcək nəsillərə çatdırılması ilə bağlı siyasəti də bu baxımdan çağdaş dövrün reallıqları ilə şərtlənir.
Bu gün dövlət milli dəyərlərimizin qarantına çevrilmişdir. Ölkə başçısı xalqımızın milli dəyərlərinin təbliğinə, gənclərimizin bu ruhda tərbiyə olunmasına ciddi diqqət yetirir. Prezident İlham Əliyevin milli ideologiyaya dair baxışları onun siyasi portretinin əsas cizgilərini təcəssüm etdirir. Heydər Əliyev Fondunun milli dəyərlərimizin qorunması və təbliğ edilməsi istiqamətindəki geniş fəaliyyətini də xalqımız böyük minnətdarlıqla qarşılayır.

Nailə Əliyeva-Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

Tolerantlıq məkanı Azərbaycan.

Dövlətimiz hüquqi əsaslarına görə dünyəvi xarakter daşısa da, hər zaman dini sahəyə böyük diqqət və qayğı göstərmişdir. Ölkəmiz yeritdiyi dini siyasətə, dini dözümlülük səviyyəsinə görə müsəlman aləmi üçün nümunə sayılır. Əhalisinin 95 faizi müsəlmanlardan ibarət olan Azərbaycan dövləti ərazisində yaşayan digər millətlərə, dini etiqadlara, başqa mədəniyyətlərə hörmətlə yanaşır, bütün ənənələrə münasibətdə dözümlülük nümayiş etdirir.
Lap qədimlərdən Azərbaycan ərazisində üç mühüm dinlərdən- zərdüştlüyə, xristianlığa və islama ibadət edilmişdir. Bu səbəbdən multikulturalizm və tolerantlıq tarixən xalqımızın həyat tərzi, münasibət forması olmuşdur. Bu gün də milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının sərbəst və müstəqil yaşaması, dini azadlığı tam təmin olunmuşdur.
Tolerantlıq insanlar arasında körpülər salmaqla, ünsiyyət üçün yollar açmaqla onları birləşdirir və çətinlikləri aradan qaldırılmasına şərait yaradır.

Mayisə Xəlilova-Dəkkəoba kənd tam orta məktəbin direktor müavini.

Tolerantlıq Məkanı Azərbaycan

Azərbaycan müxtəlif sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınmışdır. Azərbaycan xalqının zəngin multikultural keçmişi təkcə xalqımızın bugünkü tolerant yaşam tərzi ilə deyil, həm də yaratmış olduğu ədəbi-bədii, elmi-fəlsəfi, siyasi-hüquqi qaynaqlarda, sənədlərdə yaşayır. Multikultural və tolerant dəyərlər ümumbəşəri xarakter daşıyır.
Azərbaycanda multikulturalizm, tolerantlıq və dini dözümlülüyün dövlət siyasəti səviyyəsində inkişaf etdirilməsinin əsaslarını ölkənin qədim dövlətçilik tarixi və bu ənənələrin inkişafı təşkil edir. Tarixi ənənələrə nəzər salsaq görərik ki, Xalq Cümhuriyyəti dövründə Azərbaycan ərazisində yaşayan digər etnik xalqlar və dini qrupların nümayəndələrinin təmsilçiliyini özündə cəmləyən bu siyasi davranış XX əsrin sonlarında ümummilli lider Heydər Əliyev tərəfindən dövlətçilik ideologiyası formasına çevrilmış, tolerantlıq və multikulturalizm ənənələri bərpa edilmişdir.
Azərbaycanın zəngin mədəni-mənəvi irsə və tolerantlıq ənənələrinə malik olması bu gün beynəlxalq aləmdə etiraf edilən həqiqətlərdəndir. Mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti onu çoxmillətli diyar kimi dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanı etmişdir.

Ələkbər Kərimov – Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı





Dini bayramlarla bağlı siyasi varislik – ənənələrin davamı və inkişafı

Milli adət-ənənələrimiz tarixən xalqın ruhunu, duyumunu özündə yaşadıb. Milli mədəniyyətin çoxfunksiyalı formasını yaratmaqla ictimai məna kəsb edib. Cəmiyyətdə milli adət və ənənələrin öyrənilməsi və varisliyi həmişə aktual olub. Çünki adət və ənənələr ictimai-mədəni tərəqqinin əsas göstəricisi rolunu oynayır. Cəmiyyət dəyişdikcə adət və ənənələr də təkmilləşir və millətin, xalqın yaradıcılıq nümunələrini yaşadır. Mənəvi dəyərlər dövrün, şəraitin və ictimai quruluşun ruhuna, tələblərinə uyğun cilalanır, yeni forma və məzmun kəsb edir.
Hər bir ənənə müəyyən əxlaqi məna daşıyır. Onlara laqeyd qalmaq insanlar arasında münasibətlərinin pozulmasına, şəxsiyyətlə kollektiv və cəmiyyət arasında ziddiyyətlərin əmələ gəlməsinə səbəb olur. Müxtəlif folklor nümunələrimiz məhz adət və ənənələrimiz işığında əksini tapır. İndi bu mənəvi dəyərlər zəngin mədəni irs olmaqla bərabər, eyni zamanda milli özünəməxsusluğun ifadə vasitəsinə çevrilib. Mədəni-kütləvi tədbirlərdə bir ifadə vasitəsi kimi milli xüsusiyyətlərimizin qoruyucusu olublar.
Bu gün milli adət və ənənələrimiz zəngin olmaqla yanaşı, insanların davranışlarına əsaslı təsir göstərən əxlaq normalarının da daşıyıcısıdır. Adət və ənənələr bütün mədəni tədbirlər üçün rəmzi məna kəsb edir və onlara milli məzmun gətirir.
Xalqımızın iki yüz ilə yaxın Rusiya imperiyasının və Sovet İttifaqının tərkibində olması bir çox milli və dini adət və ənənələrimizin ciddi və mənəvi təzyiqlər altında qalmasına səbəb olub. Xüsusilə dini bayramlarımızın qeyd edilməsinə qadağalar qoyulub. Əvəzində sosialist həyat tərzini təbliğ edən, mahiyyət etibarilə siyasi, ideoloji xüsusiyyətə malik olan adət və ənənələr təbliğ edilib. Bunun da nəticəsində sovet dövründə bütün mədəniyyət müəssisələri dini adət və ənənələrə qarşı mübarizə mərkəzlərinə çevrilir. Amma dini bayramların bədii-emosional ifadə vasitələri xalqımızın yaddaşında yaşayıb.

Təravət Eyvazova-Böyük Dəkkə kənd köpələr evi-uşaq bağçasının müdiri





Heç zaman unudulmayan mənəvi miras

Üç səmavi dinin – Yəhudilik, Xristianlıq və İslamın hər üçündə də müxtəlif formada qurbanlıq mövcuddur. Lakin İslamda bu ayin xüsusı mahiyyət və əhəmiyyət kəsb edir. Onun əsasında Allaha sonsuz sevgi, onun qüdrətinə dərin inam və iman işığı durur. İnsanları halallığa, paklığa səsləyən Qurban bayramının çox maraqlı tarixi və şərtləri var. Bütün dinlərdə icra edilən qurban İslamda hicrətin ikinci ilində əmr edilmişdir.
İslama görə, qurban “Allaha yaxınlaşdıran şey” mənasına gəlir. Bir başqa sözlə ifadə etsək, qurban Allaha yaxınlaşaraq, onun rizasını qazanmaq üçün Qurban bayramı günündə ibadət niyyətiylə və Allahın adıyla kəsilən heyvana deyilir.
Qurban bayramı İslam aləminin ən möhtəşəm və müqəddəs bayramıdır, dərin tarixə malikdir və hər il dünya müsəlmanları tərəfindən qeyd edilir. Bu bayram özü ilə hamıya saflıq, təmizlik gətirir. Qurbanlığın ən gözəl xüsusiyyətlərindən biri odur ki, burada din, məzhəb ayrı-seçkiliyinə yol verilmir. Bu bayramda istənilən dindən olan yetimin, kimsəsizin və yoxsulun haqqı var ki, varlının imkanlarından bəhrələnsin, adi günlərdə yeyə bilmədiyi qurbanlıq ətindən dadsın. Qurbanlıq o deməkdir ki, insanlar Allahın xoşuna gələcək bir əməli icra edirlər.
İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur.

Aqil Məmmədov-gənc müəllim



Azərbaycan Respublikasının rəsmi bayramlarından biri – Qurban bayramı

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dini və milli adət və ənənələrin icra edilməsi yolunda siyasi və ideoloji mane olan amillər artıq aradan qaldırılıb. İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” Qanununa əsasən Qurban bayramı Azərbaycanda da dövlət səviyyəsində bayram edilir.
Qurban bayramı və ya Dini qurban kəsmə bayramı İslam aləmində ən müqəddəs bayramlardan biri sayılır. Bu bayram bütün müsəlman aləmində hər il Hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Ölkəmizdə rəsmi bayramlardan biri kimi qeyd olunan Qurban bayramı xalqımızın çoxəsrlik dini adət və ənənələrini özündə əks etdirən, insanlar arasında qarşılıqlı yardım və insanpərvərlik hisslərin təzahürüdür. Hər il dövlətimiz tərəfindən, eyni zamanda Heydər Əliyev fondunun təşəbbüsü ilə bu bayram ərəfəsində minlərlə imkansız ailələrə ərzaq və ya digər formada yardımlar edilir.

Həsən Abulov-Ağsaqqallar şurasının sədr müavini


Oxunub: 389

Son xəbərlər

Azərbaycan nefti bahalaşdı

Gəncədə dəfn ilə bağlı qeyri-adi inanclar - VİDEO

AMEA-nın professoru vəfat etdi

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib?

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Taksilərdə videokameralar quraşdırılacaq

Kanalizasiya suları Ceyranbatan su anbarına axıdılır?

Bakıda bu evlər bahalaşıb

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Kreml yeni oyuna başlayır: Hədəf Mərkəzi Asiyadır - ŞƏRH

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Tanınmış iş adamının faciəli şəkildə ölən oğlu məhkəməyə verildi

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir - VİDEO

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Quru sərhədləri Azərbaycan vətəndaşları üçün açılmalıdır - ÇAĞIRIŞ

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Bakıda 17, bölgələrdə 20 dərəcə isti olacaq - HAVA PROQNOZU

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Yalnız bu üç növ silah Ukrayna müharibəsinin gedişatını dəyişə bilər - "The Telegraph"

Dollara tələbin artmasının səbəbləri açıqladı

Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşdü

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər - VİDEO

Məktəbdə nöqsan aşkarlandı, direktor işdən çıxarıldı

Mərkəzi Bank uçot dərəcəsini azaltdı

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Bütün xəbərlər