gundem / Cəmiyyət
14.07.2021, 11:13
Diqqət! Bakı, Şirvan və Hacıqabulda su kəsiləcək
DogruXeber.az: - Bu gün Bakının Qaradağ, Səbail və Binəqədi rayonlarının bəzi ərazilərinə, eləcə də Şirvan və Hacıqabul şəhərlərinə, Hacıqabul rayonunun magistral kəmərdən qidalanan kəndlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə “Azərsu” ASC-dən məlumat verilib.
Məlumata görə, fasilə Kür-Bakı magistral su kəmərində baş vermiş qəza ilə əlaqədardır.
Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.//yenisaba.az