gundem
17.07.2021, 14:30
AzTV-nin Orta Asiya müxbiri işdən çıxarıldı
Azərbaycan Televiziya və Radio Verilişləri (AzTV) QSC-nin il yarım əvvəl təyin olunan Qazaxıstan və Orta Asiya müxbiri Füzuli Məcidli işindən azad olunub.
DogruXeber.az ın Bakupost.az -a istinadən əldə etdiyi məlumata görə, bu barədə əmr bir neçə gün əvvəl imzalanıb.
F. Məcidli 2019-cu ilin sonlarında bu vəzifəyə təyin olunmuşdu. O, AzTV-dən əvvəl İctimai Televiziyanı Qazaxıstanda təmsil edib.