Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

"Bibimə hər zaman baxmışam, vicdanım təmizdir" - QALMAQAL

20-07-2021, 18:38

"Bibimə hər zaman baxmışam, vicdanım təmizdir" - QALMAQAL

DogruXeber.az: - "Bibim məni nə evindən qovub, nə də başqa bir hadisə yaşanıb. Niyə məni qovmalıdır ki? Söz-söhbətimiz olub, çıxıb getmişəm, sonra zəng edib ki, Könül neynirsən? Gəlməyəcəksən? Deyirdi ki, övladım olsa, belə olmazdı, sonsuzam deyə məni qoyub gedirsən? O sözünə görə yenə də durub yanına qayıtmışam. Mən qovulan qapıya ömründə gəlmirəm. Yerimi də bilirəm, hərəkətimi də. O insanlar harada idi bu 6 ay müddətində?”

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Səfurə İbrahimovanın qardaşı qızı Könül İbrahimova ona qarşı olan ittihamlara görə söyləyib. O daha sonra yayılan səs yazısı haqda da danışıb.

“O səs yazısını mənə elə gəlir ki, evə gələn dayə yayıb. Əsəbi olanda ola bilər ki, nəsə demişəm. Bibimin xasiyyəti inad idi, ana-bala arasında da söz-söhbət olur. Kim idealdır? Peyğəmbər kimi adama deyirlər ki, ayıbın var? Deyir ki, ayıbsız Allahdır. Dilim acı ola bilər, amma ürəyim təmizdir. Bibimə hər zaman baxmışam, vicdanım təmizdir. Onu xəstəxanaya apardım, həkimlər dedilər ki, qalmayacaq, mən də götürdüm gəldim evə. Həkimlər də çağırdım evə. Bir müddət əvvəl bizim Leyla Şıxlınskaya xəstəxanasında yatdı, əməliyyat olundu. Onu gətirib öz evimdə baxdım, nə teatrdan, nə də qohumlardan heç kim gəlib axtarmadı, heç bir zəng də etmədilər. Bibi mənimdir, özüm bilərəm, ölünün sahibi mənəm. Bibim sağlığında düz edib efirlərdən qaçırdı. Deyəndə ki, bibi, elə etmə, mənə deyirdi ki, bunları bilirəm evimə niyə buraxmıram. İndi görürəm ki, düz edib evinə buraxmayıb. Gələrdilər sağlığında mənə kömək edərdilər. Bibim dünyasını dəyişmişdi, teatrdan truppa müdiri Elnur mənə zəng edib dedi ki, aparın özünüz dəfn edin. Dedim ki, aparıb dəfn edəcəyəm, bir çəkilişə də icazə verməyəcəyəm. Ondan sonra 100 dəfə mənə yalvardı ki, gəlirik. Təzə pir məscidində axirət suyunu bibimin üzünə özüm tökdüm. Bibimin arzusu idi, deyirdi ki, Könül məni kimsəsizlər kimi qoyma, axıra qədər yaxşılığını et. Qardaşım və əmim oğlu bibini dəfn etməyə gedəndə məni qoymadılar, heyf, mən dəfnə getsəydim, qoymazdım bibimi zibillikdə basdırsınlar. Bu idi xalq artistinə hörmət? Ondansa aparardım nənəmin yanında, ya da atasının yanında dəfn edərdim də. Anamın qohumları olmasaydı tabutu yalnız mən aparacaqdım! Sağ olsun anamın Şəkili qohumları. Bibim hər bir şeyini, malını, mülkünü mənə həvalə edib, onlar kimdir ki, nəsə danışırlar?” - deyə xalq artistinin qardaşı qızı bildirib.

“Deyirlər ki, atasının məzar daşını hazırladıb, amma ölümünün üstündən 7 ay keçsə də, Səfurə xanımın məzar daşı hələ də hazır deyil” sualına xalq artistinin qardaşı qızı belə açıqlama gətirib.

“Atam bibimin ölümünə dözə bilmədi, onu çox istəyirdi. Az keçmədi ki, onu da itirdim. Bu ağ yalandır. Gedib baxa bilərsiniz, heç birinin məzar daşı qoyulmayıb. İmkanım olsaydı bibimin də, atamın da qəbrini Şəkiyə aparardım, anamın yanına. Ona görə ki, Bakıda ona hörmət qoyulmadı. Mən bunu arzulayıram. Bu söz-söhbətləri yalandan qonşuların adından yayırlar, yalandır. Heç bir qonşu baş sağlığına gəlməyib. Yalansa tezliklə atamın, bibimin yanına getsinlər. Hələ çox söz-söhbətlər üzə çıxacaq. Hələ Səfurənin 5 oğlu 5 qızı, qaynanası, qaynatası üzə çıxacaq” - deyə Könül İbrahimova bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Telegram Facebook Twitter Youtube Instagram