Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

İqlim dəyişkənliyinin təhlükəli faktoru AÇIQLANDI

20-07-2021, 19:23

İqlim dəyişkənliyinin təhlükəli faktoru AÇIQLANDI

London Imperial Kolleci və Şərqi İngiltərə Universitetinin alimləri buludların uzun müddətə qlobal istiləşməni gücləndirəcəyini və iqlim dəyişikliyini daha da artıracağını kəşf ediblər.

DogruXeber.az Cebhe.info-ya istinadən xəbər verir ki, bu barədə mütəxəssislər araşdırmanın nəticələrini "Proceedings of the National Academy of Sciences" jurnalında dərc ediblər.

Alimlər bildiriblər ki, sıxlığa və formalaşma hündürlüyünə görə buludlar istiləşməni gücləndirə və ya zəiflədə bilən faktordur.

"Aşağıda yerləşən buludlar günəş işığının yer üzünə nüfuz etməsinin qarşısını aldığından sərinləşdirici təsir göstərir. Lakin yüksəkdəki buludlar təhlükəlidir, çünki səthdən yayılan enerjini tutaraq fəzaya çıxmasına mane olur", - məqalədə yazılıb.

Qeyd edək ki, alimlər tədqiqat zamanı iqlim şəraiti ilə bulud örtüyü arasındakı əlaqələri peyk müşahidələri ilə təhlil ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Telegram Facebook Twitter Youtube Instagram