Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Ermənistan küncə sıxılır: - “Putin də proseslərdən razıdır”

24-07-2021, 16:31

Ermənistan küncə sıxılır: - “Putin də proseslərdən razıdır”

DogruXeber.az: - “Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında Azərbaycanla sülh danışıqlarına hazır olduğunu bildirib. Ermənistan tərəfi sülh danışıqları üçün bir neçə şərt irəli sürürdü”.
Bu sözləri MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.
O, məsələni daha ətraflı “Sherg.az”a şərh edib:

“Birincisi, Azərbaycan ordusu onların iddia etdiyi kimi "Ermənistan ərazisi"ndən (oxu: Azərbaycan ərazisi) geri çəkilsin. İkincisi, Qarabağın statusu məsələsi müzakirə edilsin. Üçüncüsü, Minsk qrupunun fəaliyyəti istiqamətində danışıqlar bərpa edilsin.

Azərbaycan absurd olan belə bir təklifləri qəbul etməyəcək. Ermənistan çalışırdı ki, Rusiyanın iştirakı olmadan Qərbin vasitəçiliyi ilə danışıqlar aparılsın. Əgər Qərb Ermənistanın yuxarıdakı şərtləri ilə vasitəçi olmasaydı, Azərbaycan razılıq verə bilərdi.

Amma Avropa İttifaqının prezidenti Şarl Mişelin regiona səfərində İrəvanın "status" və sərhəddə öz müşahidəçilərini yerləşdirilməsi kimi təkliflərini qəbul etməsilə Azərbaycan tərəfindən Avropa İttifaqının vasitəçiliyi fiaskoya uğradı. İttifaq haqlı və qalib tərəfi deyil, məğlub və münaqişənin davam etməsində maraqlı olan bir ölkənin təkliflərini qəbul etdi.

Bununla da regionda Rusiyanın fəaliyyətinə növbəti işıq yandırdı. Bundan sonra baş verəcəklər Ermənistanın küncə sıxılmasına gətirib çıxaracaq. Məhz prezident İlham Əliyevin Rusiyaya səfəri, müəyyən maraqların üst-üstə düşməsi Rusiyanın vasitəçiliyini önə çəkdi. Putin də proseslərdən razıdır. Prezident İlham Əliyevlə görüşündə bunu aydın görmək olurdu. Nikol Paşinyanın sülh danışıqlarına hazır olduğunu elan etməsi son günlərdə Azərbaycan ordusunun sərhəddə ciddi şəkildə üstünlüyü ələ almasıdır".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Telegram Facebook Twitter Youtube Instagram