Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Salyanda polis əməliyyat keçirdi - küllü miqdarda tiryək və marixuana dövriyyədən çıxarıldı

25-07-2021, 11:08

Salyanda polis əməliyyat keçirdi - küllü miqdarda tiryək və marixuana dövriyyədən çıxarıldı

DogruXeber.az: - Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat tədbirləri nəticəsində küllü miqdarda tiryək və qurudulmuş marixuana dövriyyədən çıxarılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, 51 yaşlı Elman Ağayev çalışdığı avtoyuma məntəqəsinin qarşısında saxlanılıb. Onun üzərinə və çalışdığı avtoyuma məntəqəsinə keçirilən baxış zamanı məntəqədən təmiz çəkisi 1 kiloqram 100 qram olan narkotik vasitə - tiryək aşkar edilərək götürülüb.
Dindirilmə zamanı E.Agayev narkotik vasitənin ona məxsus olduğunu və heç kimin tapa bilməməsi üçün məntəqədə gizlətdiyi etiraf edib.
Keçirilən digər bir uğurlu əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində, satışında və kultivasiyasında şübhəli bilinən rayonun Arbatan kənd sakini, 54 yaşlı Vilayət Qədirov da saxlanılıb.
Ona məxsus kənd ərazisində yerləşən fərdi yaşayış evinə keçirilən baxış zamanı isə oradan təmiz çəkisi 15 kiloqramdan artıq olan 3 kisə qurudulmuş marixuana, eləcə də həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 9 ədəd çətənə bitkisi aşkarlanaraq maddi sübut kimi götürülüb.
Dindirilmə zamanı V.Qədirov narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olduğunu və rayon ərazisində narkotiklərin satışı həyata keçirdiyini etiraf edib.
Faktlarla bağlı hər iki şəxs barəsində Salyan RPŞ-inin İstintaq Bölməsində cinayət işləri açılıb, araşdırmalar davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Telegram Facebook Twitter Youtube Instagram